Zəfərimiz Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açır
22.11.2023 [11:50]
“Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, adı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 ili tamam oldu. Ulu Öndərin “Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar. Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir” fikirlərində ifadə etdiyi inam, etimad partiyanın 31 illik uğurlu fəaliyyətində əhəmiyyətli rol oynadı. Ümummilli Lider xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müraciətinə cavabında da belə bir inamı ifadə etmişdir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması obyektiv zərurətdən irəli gələn Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
Yeni Azərbaycan Partiyası məhz bu istək əsasında yaradılaraq zəngin və şərəfli yol keçdi. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan YAP sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzv birləşib. Müxtəlif kateqoriyalardan olan insanların partiyada birləşməsi onun ümumxalq partiyası kimi nüfuz qazanmasını şərtləndirən amillər sırasındadır. Partiya yarandığı gündən qəbul etdiyi Nizamnaməyə və Proqrama uyğun olaraq müəyyənləşdirdiyi hədəflərin reallığa çevrilməsi istiqamətində bütün qüvvə və bacarığını səfərbər etdi. Azərbaycanın 1993-2003-cü illərdə keçdiyi yolun uğurları hər birimizə məlumdur. Ölkəmiz elə bir sahə olmadı ki, təcrübəsi ilə nümunə olmasın. YAP ölkəmizin həyatında fəal iştirakı ilə yanaşı, zəngin təcrübəsi ilə də diqqətdədir.
2003-cü ildən partiyanın həyatında yeni dövr başladı. Belə ki, Ümummilli Liderin xalqa tarixi müraciəti, bu müraciət əsasında xalqın böyük əksəriyyətinin həmin il keçirilən prezident seçkilərində cənab İlham Əliyevi, Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməsi son 20 ilin uğurlarının əsası oldu. Artıq üç ildir tarixi hadisələri, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan əlamətdar günləri, bayramları Zəfər ruhunda qeyd edirik. Bu tarixi Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev proqram xarakterli çıxışında belə bir inamı ifadə etmişdir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Bu qurultayda qəbul olunan yeni qərarlar, Nizamnamə, yeni tərkibin formalaşması gələcək hədəflərin zamanında və yüksək səviyyədə reallığa çevrilməsini şərtləndirir. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Dövlət başçısı, YAP Sədri İlham Əliyev ötən il Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında Azərbaycanın, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs edərək bu mühüm məqamı böyük qürur hissi ilə qeyd etmişdir: “İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!” Zəfərimiz həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açır.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45

