Azərbaycan-İraq əlaqələri yeni mərhələdə
27.11.2023 [10:59]
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 20-də Azərbaycana rəsmi səfər etmişdir. Bu Azərbaycanla İraq arasında diplomatik əlaqələr tarixi boyunca İraq prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilmiş, iki ölkə arasında siyasi əlaqələrin, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regional əməkdaşlığın və mədəni mübadilənin davamlı şəkildə inkişaf etdirilməsi üçün faydalı müzakirələr və danışıqlar aparılmışdır. Eyni zamanda Dövlət başçılarının iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur. İmzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı çıxış edərək əmin olduğunu bildirdi ki, bu səfər iki ölkə arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Cənab İlham Əliyev xatırlatdı ki, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olduğundan bu, tarixi səfərdir.
Prezident İlham Əliyev mətbuata bəyanatında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin qonşu Ermənistana da səfər edəcəyini nəzərə alaraq xalqımız üçün həssas, olduqca vacib məsələlərə aydınlıq gətirib, tarixi həqiqətlər, mövcud reallıqlar, Ermənistan rəhbərliyinin işğalçılıq siyasəti haqqında həmkarını məlumatlandırib. Dövlətimizin başçısı 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladığını, bu təcavüzün Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndiyini diqqətə çatdırdı. Ermənistanın etnik təmizləmə siyasəti həyata keçirdiyini vurğulayan prezident cənab İlham Əliyev, bunun nəticəsində bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndiyini bildirib.
“Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi”- deyən ölkə başçısı vurğuladı ki, mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.
Ermənistan cəmiyyəti anlamalıdır ki, onların hökuməti erməni xalqının maraqlarına xidmət etmir,Qərbdəki şəxsi maraqlarını güdən dairələrin tapşırığı ilə hərəkət edir. Prezident İlham Əliyev də “Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər”-deyərək Ermənistan cəmiyyətinə bu mesajı verdi.
Fransa ATƏT-in Minsk qrupunun üzvü olaraq qərəzsiz mövqe sərgiləməli, haqqın, ədalətin yanında olmalıdır. Lakin 44 günlük Vətən müharibəsi zamanı, ondan sonrakı dönəmdə və bu gün də bir daha şahidi olduq ki, Fransa ermənipərəs siyasət yürütdür, bu siyasət də ciddi şəkildə bölgə də sabitliyə təhlükə yaradır , eyni zamanda Azərbaycan – Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneələr törətdir. Dövlətimizin başçısı da Fransanın sərgilədiyi bu mövqeyə münasibət bildirərək qeyd etdi ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Dövlət başçısı bu fikirləri Ermənistan hökumətinə, eyni zamanda Ermənistanının havadarlarına ciddi mesaj idi.
Azərbaycan-İraq arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev görüş zamanı iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdiklərini, iki həftədən sonra Azərbaycan nümayəndə heyətinin hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcəyini bildirdi. “Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var”,-deyən ölkə başçısı qeyd etdi ki,bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq.
Beləliklə, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə baş tutan ilk səfəri, səfər çərçivəsində keçirilən ikitərəfli görüşlər, imzalananan sənədlər, mətbuata bəyanatda səslənən fikirlər deməyə əsas verir ki, bu səfər iki ölkə arasında yeni mərhələnin başlanğıcı olacaq.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

