SPECA mühüm regional və beynəlxalq platforma kimi
28.11.2023 [12:16]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Beynəlxalq müstəvidə davamlı olaraq mövqelərini gücləndirən Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, sammitlərin keçirildiyi məkana çevrilib. Bu, dövlətimizə olan yüksək etimadın ifadəsidir. Ölkəmizdə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsi mühüm hadisədir. Bu, Azərbaycanın dünya miqyasında yüksək nüfuza sahib olmasının növbəti dəfə təsdiqidir.
Zirvə görüşü noyabrın 24-də Bakı şəhərində keçirilib. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak ediblər. 1998-ci ildə formalaşdırılan SPECA-nın əsas məqsədləri və fəaliyyət istiqamətləri 26 mart 1998-ci ildə qəbul olunmuş Daşkənd Bəyannaməsində öz əksini tapıb. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan proqrama üzv dövlətlərdirlər. BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) da proqramda təmsil olunurlar. SPECA-nın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
İndiyədək proqrama uyğun olaraq BMT təərfindən bir sıra mühüm sənədlər imzalanıb və önəmli layihələr reallaşdırlıb. Noyabrın 20-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən irəli sürülmüş SPECA-nın 25-ci ildönümünün qeyd olunmasına dair BMT Baş Assambleyasının qətnamə layihəsi yekdilliklə qəbul edilib. “Dünyamızın transformasiyası: Davamlı İnkişaf üçün 2030 gündəliyi” adlı qətnamədə Xüsusi Proqramın üzv dövlətlər üçün qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq və regional inkişafı təşviq edən regional proqram kimi mühüm rolu vurğulanıb. Sənəddə Xüsusi Proqramın iştirakçısı olan dövlətlərin və BMT-nin Xüsusi Proqram çərçivəsində layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarının səmərəli və vaxtında səfərbər edilməsi üçün BMT-nin çoxtərəfdaşlı etimad fondunun yaradılması imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd olunub. Habelə qətnamədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək üçün Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Zirvə görüşündə Prezident İlham Əliyev çıxışı zamanı SPECA-nın əhəmiyyəti, eləcə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələri, dövlətimizin öz gücünə ərazilərimizi işğaldan azad etməsi, hazırda həyata keçirilən bərpa işləri haqqında məlumat verib. Dövlət başçısının dediyi kimi, biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Yüksələn xətlə inkişaf edən münasibətlərin nəticəsidir ki, SPECA ölkələri işğaldan azad edilən ərazilərimizin bərpa və yenidənqurma işlərində bu gün yaxından iştirak edir. Bu məqam Azərbaycan Prezidenti tərəfindən xüsusi vurğulandı və bu dövlətlərin payı yüksək qiymətləndirildi. Prezident İlham Əliyev qardaş Özbəkistan və Qazaxıstanın Azərbaycan xalqı üçün hədiyyə olaraq inşa etdiyi məktəb və yaradıcılıq mərkəzindən bəhs edərək, bu sahədə əməkdaşlığın daha da dərinləşməsi üçün əlavə tədbirlərin görüldüyünü qeyd etdi
Digər tərəfdən, SPECA-ya üzv dövlətlərin qoşulduğu Orta Dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Eyni zamanda Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də Orta Dəhlizin fəaliyyətinə töhfə verəcək. Həmçinin Azərbaycan Qara dənizdə yeni liman infrastrukturu qurmaq niyyətini ifadə edib.
Bütövlükdə, Zirvə görüşünün yekunu olaraq imzalanmış Bakı Bəyannaməsində əksini tapan məqamlar bu platformanın perspektivlərindən xəbər verir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

