Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Hərb tariximizdə əlamətdar hadisə

Hərb tariximizdə əlamətdar hadisə

06.12.2023 [12:03]

27 sentyabr 2020-ci  ildə başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı tarixi Zəfər əldə etdi. Prezident, Müzəffər Ali Baş Komandan   cənab   İlham Əliyevin komandanlığı altında  rəşadətli ordumuz  30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi və  tarixi ədalətsizliyə son qoydu. Azərbaycan özü, öz gücünə illər öncə  BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi, lakin kağız üzərində qalmış qətnamələrini  icra etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.

2020-ci il dekabrın 10-da  Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbənin  şərəfinə parad keçirildi. Keçirilən  parad əvvəlkilərdən fərqli idi. Çünkü bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi.

3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı Vətən mübarizəmizdə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk əsgərinin də iştirak etdiyi Paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.

Vətən müharibəsi boyunca və müharibədən  sonra qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını sevindirir. Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etməsi, bir daha Azərbaycan -Türkiyə qardaşlığını, dostluğunu bütün dünyaya nümayişi  ilə yanaşı, həm də ermənipərəst dairələrə Azərbaycan artıq tək deyil mesajı idi. Azərbaycan və türk əsgərlərinin bir yerdə, çiyin-çiyinə Azadlıq meydanından keçməsi qürurverici hadisə olmaqla bərabər eyni zamanda verilmiş başqa  bir mesaj idi .

Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı  həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Bütün dünyanın diqqəti Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında idi. Müzəffrə Ali Baş Komandan cənab İlham Əliyev Paradda çıxış edərək  bir daha Azərbaycan həqiqətlərini, Qarabağda ermənilərin törətdikləri vəhşilikləri diqqətə çatdırmış, Ermənistanın işğalçılıq siyasətindən geniş bəhs etmişdir.

“Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi - Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq.” Dövlətimizin başçısının səsləndirdiyi  bu fikirlər düşmənə, eyni zamanda onların havadarlarına göndərilmiş ciddi müsaj idi.

Prezident cənab İlham Əliyevin  təşəbbüsü ilə Bakıda, Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkı Azərbaycanın qazandığı tarixi Zəfərin nümayişi, gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biridir. 10 dekabr 2020-ci ildə keçirilmiş hərbi paradda bu lövhə də nümayiş etdirilmişdi.

Beləliklə, Müzəffrə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfər və keçirilmiş Zəfər paradı düşmənə, düşmənin havadarlarına, eləcə də bütün dünyaya  ermənilərin bəd əməllərinin cavabsız qalmadığını, onların “Böyük Ermənistan” kimi sərsəm xülyalarının darmadağın edildiyini göstərdi.

 

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31