Böyük tarixi şəxsiyyət
11.12.2023 [10:41]
12 dekabr ulu öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı iyirmi il bundan öncə öz böyük oğlunu cismən itirmişdir. Lakin bu iyirmi ildə Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, onun banisi olan Ulu öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan dövlət müstəqilliyinə qovuşmasına baxmayaraq, 1993-cü ilə qədər Azərbaycana müstəqil dövlət demək olmazdı. Çünki, Müstəqil dövlətin bir neçə əlaməti Azərbaycanda yox idi.
Bu bir reallıqdır ki, 1993- cü ilə qədər müstəqil xarici siyasət apara bilməyən, müstəqil iqtisadiyyatı, demək olar ki, olmayan, ümumiyyətlə, iqtisadiyyat dağılmış vəziyyətdə olan Azərbaycan başqa dövlətlərin təsiri altında idi.
Məhz Ümummilli lider Heydər Əliyevin müdrikliyi, yürütdüyü düşünülmüş, uzaqgörən siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrildi. Bu gün Azərbaycan xalqı haqlı olaraq ulu öndər Heydər Əliyevi müasir , müstəqil Azərbaycan dövlətinin qurucusu kimi qəbul edir.
Müasir Azərbaycan dövlətini qurmaq, üzləşdiyi bütün bəlalardan xilas etmək Ümummilli lider Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü ən böyük xidmətdir.
1980-ci illərin əvvəllərində ulu öndərin sayəsində Azərbaycan sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. Xalqımız üçün ən ağır anlarda Heydər Əliyev hər zaman xalqın yanında olmuşdur. 1990-ci il 20 Yanvar faciəsinin səhəri günü o, heç kimdən, heç nədən çəkinməyərək, həyatını təhlükəyə ataraq öz haqq səsini ucaltmış, sovet rəhbərliyinin bu cinayətini pisləmiş, onu qınamışdır.
Müdrük Azərbaycan xalqı 1993-cü ildə ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir. Məhz ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, ciddi islahatlara start verilmiş , ölkəmiz beynəlxalq aləmdə öz möhkəm yerini tutmuşdur.
Sevindirici haldır ki, bu gün ulu öndərimizin əsasını qoyduğu siyasi kurs prezident, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasi kursun dövrün tələblərinə uyğun olaraq uğurla həyata keçirilməsinin nəticəsidir ki, 27 sentyabr 2020- ci ildə başlanmış və cəmi 44 gün davam etmiş Vətən müharibəsində Azərbaycan şanlı zəfər əldə etdi. 30 ilə yaxın işgal altında olan torpaqlarımiz düşmən tapdağından azad edildi.
Bütün mənalı həyatını ölkəsinin tərəqqisinə, xalqının rifahının yüksəlməsinə həsr edən ulu öndərin Azərbaycan üçün gördüyü misilsiz xidmətləri Azərbaycan xalqı heç zaman unutmur və unutmayacaq. Nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı yaşayır, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

