Azərbaycan qadınlarının ilk qurultayı
06.03.2024 [12:55]
“Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”. Bu sözləri Ulu Öndər Heydər Əliyev 1998-ci il sentyabrın 14-də baş tutan və iki gün davam edən Azərbaycan Qadınlarının I Qurultayında səsləndirmişdi. Qadınların hər zaman aparıcı qüvvə olduğunu deyən Ümummilli Liderimiz onların potensialını olduqca yüksək qiymətləndirirdi. Onun ölkəmizə rəhbərlik etdiyi dövrə, genişmiqyaslı və çoxşaxəli fəaliyyətinə nəzər saldıqda bir daha şahidi oluruq ki, bütün vətəndaşların, o cümlədən qadınların ictimai-siyasi həyatda iştirakı, dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə bərabər hüquqlarının təmin edilməsi məsələləri dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilmişdi.
Məhz Ulu Öndərin təşəbbüsü ilə müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artırılmasına böyük təkan verən, eyni zamanda Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən müzakirələr və bütün təbəqələrdən olan qadın nümayəndələrin çıxışlarında səslənən təkliflər əsasında vacib qərarların qəbul edilməsi ilə əlamətdar olan bu mötəbər tədbir qadın hərəkatının və bütövlükdə tariximizin ən parlaq səhifələrindən birinə çevrilmişdir.
Həmin dövrlərə və atılan addımların əhatəliliyinə nəzər saldıqda görünür ki, Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev qədər Azərbaycan qadınına cəmiyyətdə layiq olduğu yeri təklif və təmin edən ikinci bir dövlət rəhbəri olmayıb. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Təsadüfi deyil ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycanda qadınların inkişafı məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi altında çoxlu sayda fərman və sərəncamlar verilib, qanunvericilik aktları qəbul edilib. Prezident İlham Əliyev Azərbaycan qadınının potensialına, onların ictimai-siyasi həyatdakı fəaliyyətinə xüsusi diqqət ayırır.
2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Hazıda Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, YAP-ın tərkibində fəaliyyət göstərən qadınlarımızın ən nümunəvi örnəyi Mehriban xanım Əliyevadır. Azərbaycan cəmiyyətində qadınların uğurlu fəaliyyətinin sürətli inkişafı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə müasir Azərbaycan qadınının ən nümunəvi təmsilçisidir. Onun UNESCO-nun və müsəlman aləmini əhatə edən ISESCO-nun sülhməramlı səfiri kimi ölkəmizi həm Şərq və Qərbdə, həm də Asiya və Avropada təmsil etməsi Azərbaycanın “Yumşaq güc” siyasətinin formalaşmasında və uğurla həyata keçirilməsində rolu böyükdür. Mehriban xanımın birbaşa təşəbbüsü ilə Azərbaycan qadınının istedadı bütün dünyada nümayiş olunur.
Qarabağda davam edən 44 günlük döyüşlərdə Azərbaycan qadını əsgərlərimizin yanında oldu, gecə-gündüz onlar üçün dualar etdi. Yaralı əsgərlərimizə tibbi yardım göstərən həkim qadınlarımız hər bir əsgərimizin qayğısına qaldı. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir və vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Azərbaycan qadınının ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37

