Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müasir qanunvericilik təşəbbüsü

Müasir qanunvericilik təşəbbüsü

11.03.2024 [15:22]

Düşünülmüş və məqsədyönlü siyasəti ilə davamlı uğurlara imza atan Azərbaycanın əsas hədəflərindən biri əldə olunan nailiyyətlərlə kifayətlənməmək, daim irəli baxmaqdır. Ölkəmizin Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan  inkişaf yolunu  təhlil etdikdə  Azərbaycanın müstəqil siyasətinə, uğurlarına daxili və xarici bədxahlarımızın siyasi qısqanclıqlarının, bundan qaynaqlanan əsassız cəhdlərinin şahidi oluruq. Məqsəd Azərbaycanın uğurlarına kölgə salmaq, beynəlxalq aləmdə qazandığı demokratik ölkə imicinə xələl gətirməkdir.  Hər dəfə bu cəhdlər Azərbaycanın reallıqları fonunda alt-üst olsa da, çirkin niyyətlərdən irəli gələn ssenarilər davam etməkdədir. Daim irəli baxan, müstəqil siyasət yürüdən  bir ölkənin inkişafını inkar, onun daxili işinə müdaxilə etmək mümkünsüzdür. Azərbaycan hər zaman dövrün, zamanın tələblərini, çağırışlarını müsbət cavablandırıb, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini tətbiq edib, yeniliklərə ilk imzaları ilə diqqətdə olub.

2020-ci  fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsi də bu tərkibdəndir. Ölkədə geniş vüsət alan islahatların qanunverici orqanda da öz əksini tapması üçün  ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 2019-cu ilin sonlarında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Ölkə ictimaiyyəti bu təşəbbüsü yüksək dəyərləndirdi. Bu baxımdan ki, belə mütərəqqi  addımın atılmasına ehtiyac var idi. Hər bir hadisənin baş verməsi üçün onu şərtləndirən amillər olmalıdır. Həmin dövrün reallıqları belə bir mühüm addımın atılmasını zərurətə çevirdi. Dövlət başçısı İlham Əliyev 10 mart 2020-ci il tarixində altıncı  çağırış Milli Məclisin keçirilən ilk iclasında proqram xarakterli çıxışı ilə qarşıdakı dövrün hədəflərini açıqladı. “Seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır” söyləyən cənab İlham Əliyev onu da əlavə etmişdir ki, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır.  Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Partiya ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır. Azərbaycan hazırda parlament diplomatiyasının yaratdığı imkanlardan yüksək səviyyədə bəhrələnir. Parlament qanunverici orqan olaraq ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar açan yeni, təkmil qanunların qəbuluna nail olmaqla yanaşı, ölkələr arasında əlaqələrin inkişafına töhfələrini də davamlı edib və gələcəyə xidmət edən təşəbbüsləri ilə diqqətdədir.  Parlament sədrləri səviyyəsində əməkdaşlıq platformasının təqdim edilməsi yüksək dəyərləndirilir. Tarixi Zəfərimizdən sonra ölkələrarasında  əlaqələrin inkişafında  parlamentin artan rolu atılan addımlardan daha aydın görünür.  s Bu baxımdan  Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ölkəmizdə bir araya gələrək toplantılarını keçirmələrini və sonda Bakı Bəyannaməsinin imzalanmasını yada salaq. Bu mühüm addım   qarşıdakı dövrdə görüləcək işlərin  aydın mənzərəsini yaratdı. Bu birlik, həmrəylik qanunvericilik bazasının təkmilləşdirilməsinə də öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı qarşıya  həllivacib məsələlər  qoymuşdur. Yeni parlament  bu vəzifələrin yüksək səviyyədə icrası istiqamətində  davamlı addımlar atır. Xalqın parlamentdə təmsilçiləri olan millət vəkilləri ilə seçicilər arasında birlik, səmimiyyət də təqdir olunan məqamlar sırasındadır. Ölkəmiz hazırda tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının yaratdığı yeni reallıqların fonunda  yeni dövrə qədəm qoyub. Onu da qeydedək ki, yeni dövr öz növbəsində 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. Yeni reallıqlara söykənərək artıq üç ildən çoxdur ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Hər bir qurum bu işlərin zamanında başa çatdırılması, soydaşlarımızın Böyük Qayıdışının təmin olunması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə səy göstərir. İqtisadiyyyatımızın güzgüsü olan dövlət büdcəsindən ayırmalarda da bu hədəf prioritetdir. Qarşıya qoyulan bu hədəflər ilk növbədə ölkə iqtisadiyyatının dayanıqlığının təmin olunmasına çağırış edir. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu hədəfi qarşıya qoymuşdur: “Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Mən hesab edirəm ki, hökumət üzvləri də daha sıx təmasda olmalıdırlar, parlamentdə daim ünsiyyətdə olmalıdırlar, onlara suallar verilməlidir, onlar gördükləri işlər haqqında məruzə etməlidirlər, çıxış etməlidirlər və bunu da biz sistemə salmalıyıq. Çünki bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq, - mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və təsir imkanları artsın, - həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır.” Bugünümüzün reallıqları bu hədəfə də yüksək səviyyədə nail olduğumuzu təsdiqləyir. Atılan hər bir addımın əsasında vətəndaş məmnunluğunun artırılması dayanır.


Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30