29 il əvvəl, bu gün...
01.02.2023 [10:32]
Bakı Dəmiryolu Vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilib
N.BAYRAMLI
Hazırda dünyada sülhü və təhlükəsizliyi əsas götürən bütün ölkələrin gündəmindəki mühüm məqamlardan biri terrorçuluğa və beynəlxalq terrorizmə qarşı mübarizə təşkil edir. Uzun illərdir erməni terroruna məruz qalan ölkəmiz də bu mübarizədə ön sıralarda yer alır.
Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror təşkilatlarının Azərbaycana qarşı həyata keçirdiyi terror aksiyaları 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil edib ki, nəticədə də minlərlə günahsız insan həlak olub. Bu dövrdə ermənilərin xalqımıza qarşı terror aksiyaları total xarakter alıb. Daha dəqiq desək, həmin aksiyalar bütün sahələri əhatə edib. Ümumilikdə, götürsək, həmin qanlı aksiyalar aşağıdakı şəkildə təsnifatlandırılır: sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, hava nəqliyyatında, Bakı metropolitenində, sərnişin daşıyan dəniz bərəsində, mülki şəxslərə və hərbçilərə, həmçinin mülki və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları.
Bu gün - fevralın 1-də məhz belə bir terror aktının baş verməsindən 29 il ötür. Belə ki, 1 fevral 1994-cü ildə Bakı Dəmiryolu Vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilib. Terror nəticəsində, 3 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Xatırladaq ki, 1993-cü ilin fevral ayında Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” qatarı, iyun ayında isə Bakı Dəmiryol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılmışdı. İkinci terror aktında insan tələfatı olmasa da, birinci akt nəticəsində 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdı.
1994-cü ildə ermənilər tərəfindən yenidən partladılan sərnişin qatarlarının sayı 3-ə çatmışdı. Fevral ayında yenə Bakı şəhərində “Kislovodsk-Bakı” sərnişin qatarı ilə yanaşı, Xudatda dəmiryolu vaqonu, aprel ayında isə Dağıstan ərazisində “Moskva-Bakı” sərnişin qatarının partladılması nəticəsində 9 nəfər həlak olmuş, 20-dən çoxu yaralanmışdı.
Bütövlükdə, rəsmi məlumatlara əsasən, təkcə 1990-cı illərdə ermənilərin törətdiyi terror aktları nəticəsində 2 min nəfərə qədər azərbaycanlı həlak olub. Bütün bunlar Ermənistanın dövlət səviyyəsində terrorla məşğul olduğunu, daha doğrusu, bir terror dövləti olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur. Çünki xalqımıza qarşı həyata keçirilən terror aksiyalarının böyük bir hissəsinin arxasında məhz Ermənistan dövlətinin durduğu, bu işğalçı ölkənin əsas fəaliyyətinin məhz terrorizmə əsaslandığı kimsəyə sirr deyil. Bu isə onu deməyə əsas verir ki, əslində Ermənistan dövləti, hakimiyyəti və erməni cəmiyyətinin müxtəlif təbəqələri terrordan, günahsız insanların qanının axıdılmasından “mənəvi qida” alıb. Hər halda hələ Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaradılmazdan öncə ermənilərin zaman-zaman müxtəlif qanlı aksiyalarda baş rolda iştirak etməsi, həmçinin erməni din xadımlərinin bu və ya digər şəkildə qanlı aksiyaları dəstəkləməsi və hətta erməniləri buna sövq etməsi belə deməyə əsas verir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

