Türkiyə - Azərbaycan birliyi sarsılmazdır
13.02.2023 [16:16]
Ölkəmizin bütün şəhər və rayonlarında, dövlət qurumlarında, ayrı - ayrı təşkilatlarında Türkiyədə baş vermiş təbii fəlakət - zəlzələ ilə əlaqədar qardaş ölkəyə yardım kompaniyası davam etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə, Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq sadə insanlardan tutmuş bütün ölkə vətəndaşları əsl həmrəylik, qardaşlıq və dostluq nümayiş etdirir. Hər bir kəs əlindən gələni etməyə çalışır. İndi elə bir azərbaycanlı tapılmaz ki, o, türk qardaş və bacılarımızın acı taleyinə kədərlənməmiş olsun, öz həmrəyliyini bildirməsin, yardım kompaniyasından kənarda qalsın.
Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsindəki paylaşımı hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verir və insanları xeyirxah məqsədlər, yardımlar üçün səfərbər olmağa ruhlandırır.
Həmvətənlərimizə müraciətdə bildirilir ki, “Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir - birinə kömək etməyə hazır olmaq, əl - ələ vermək, çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyimiz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur”.
Bu təsirli ifadələr sözsüz ki, sözdə deyil əməldə, real köməkliklərdə özünü aydın göstərir. Bu gün bütünlüklə Azərbaycan xalqı Türkiyənin yanındadır. Xilasedicilərimiz, tibb işçilərimiz, diplomatik xidmət əməkdaşlarımız, mətbuat nümayəndələri, könüllülərimiz fəlakətdən zərər çəkən hər bir insana köməkliklərini əsirgəmir, gecə - gündüz fəlakətin aradan qaldırılmasına çalışırlar.
Əsrin ən dəhşətli fəlakatı hesab edilən zəlzələdən həlak olanların, yaralananların, zərər çəkənlərin hər birinin ağrısını özününkü hesab edən Azərbaycan vətəndaşları faciə zamanı Türkiyəyə göstərdikləri həmrəylik və dostluqla sübut etdilər ki, Azərbaycan - Türkiyə birliyi əbədidir, yenilməzdir, hər bir qüvvəyə qalib gəlməyə, çətinlikləri məharətlə dəf etməyə qadirdir.
Bu birlik, qardaşlıq sözsüz hər iki dövləti daha da ucaldacaq, inkişaf etdirəcək, sözünü deyən, dünyaya örnək olan bir qüvvəyə çevirəcəkdir.
Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

