Sosial şəbəkələrin müharibə anonsları...
05.09.2023 [11:10]
İnformasiya müharibəsi davam edir
Günel ABBAS
Azərbaycan tərəfindən Ermənistana yekun sülh müqaviləsilə bağlı son şans bu il olaraq müəyyən edilib. Lakin buna baxmayaraq biz görürük ki, sistematik şəkildə Ermənistan silahlandırılır və Azərbaycanla sərhəddə Ermənistanın qoşun növləri yığılır. Bütün bunlar göstərir ki, Ermənistan real sülhü sabotaj etməyə davam edir. Ermənistan xarici güc faktorlarının əlində oyuncağa çevrildiyi üçün bu gün Azərbaycanı növbəti dəfə müharibəyə təhrik etmək istəyir. Görünən odur ki, Ermənistana böyük vədlər verilib. Lakin real müharibə baş verəcəyi təqdirdə növbəti dəmir yumruqla Ermənistan cəmiyyəti tamamilə iflic vəziyyətinə düşəcək.
Qeyd etmək lazımdır ki, Ermənistanın şərti sərhəddə atəşkəsi pozması birinci dəfə deyil. 44 günlük müharibədən sonra rəsmi İrəvan siyasi vəziyyətə görə addımlarını daşıyır və birbaşa atəşkəsin pozulması hallarına səbəb olur. Ermənistanın bunu etməkdə məqsədi bəllidir. Hazırda Ermənistanda Qarabağ məsələsi üzərindən yeridilən siyasətlə əlaqədar olaraq sıravi ermənilərdə Paşinyan iqtidarına qarşı gərginlik və nifrət mövcuddur. Hökumətə qarşı yönələn gərginliyin səbəbi isə Ermənistan hökumətinin Qarabağ məsələsində real addımlar ata bilməməsindən ibarətdir. Çünki İrəvandan və Fransadan sərhədə TIR-lar gəldi, eləcə də BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı səslənən ittihamlar nəticəsiz qaldı.
Məlumdur ki, belə situasiyalarda hökumət nə isə edə bilməyəndə, cəmiyyətdə narazılıq yaranır. Bu mənada cəmiyyətdəki narazılıq da elə hakimiyyətə qarşıdır. Hökumət də narazılığı və mənfi enerjini bir yerə yönəltmək üçün təhlükə, təhdid, sərhəddə atışma və müharibə var deyərək, bu kimi atəşkəs pozulmalarını lokal döyüş durumuna gətirir. Bunun nəticəsi ondan ibarətdir ki, Ermənistan cəmiyyətinin fikri hökumətə qarşı gərgin münasibətdən sərhəddəki atışmalara yönələcək.
Mütəxəssislərin fikrincə, Ermənistan iqtidarının məqsədi bunun üzərinə hesablanıb. Ermənistanın bu təxribatlarda uğura nail olacağını düşünmək absurddur. Xüsusən də şərti sərhəddə sərhəd infrastrukturunun yaradılması baxımından döyüş sahəsində onların nə isə etməsi mümkünsüzdür. Onlar bununla deyirlər ki, biz müharibə yolunu seçirik və görünən odur ki, onlar sülh sazişinə və Qarabağın reinteqrasiyasına razı deyillər. Onlar başqa seçim buraxmırlar və Azərbaycanı cavab verməyə təhrik edirlər. Son iki gündə ermənilər əsasən rusdilli teleqram kanallarında ciddi şəkildə informasiya çirkliliyi yaratmaqda və kütləvi şəkildə dezinformasiyalar yaymaqdadırlar.
Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, Ermənistanın dezinformasiyalar yaymaqda iki başlıca hədəfi əsas götürülə bilər: “Birincisi erməni auditoriyası üçün nəzərdə tutulub. Bu halda verilən mesajlar əsas bu məzmundadır: “2020-ci il deyil və biz güclənmişik”, “bu iki gündə düşmənə ciddi itki yaşatmışıq, müharibə başlasa, məğlub olacaqlar”. İkinci hədəf Azərbaycan auditoriyasıdır. Burada əsas məqsəd həmişəki kimi panika, qorxu, çaşqınlıq yaratmaq, sosial media seqmentimizə dezinformasiyalar sızdırmaqdan ibarətdir. Təbii ki, bu zaman hər iki auditoriyaya təsir etmək məqsədi ilə populist çağırışlar və “erməni şizofreniyası” adlı tibbi xəstəliyin (ki, bu xəstəlik 20-ci əsrin əvvəllərindən tibb elminə məlumdur və bu xəstəliyi iki alman alimi kəşf edib) göstəricilərinə uyğun olaraq fantastik və əsassız uydurmalara yer verməkdədirlər.
Lakin bununla qalmırlar. Yaratdıqları bilgi çirkliliyinin təsirini artırmaq üçün 2020-ci il 44 günlük Vətən Müharibəsi və ya Ukrayna-Rusiya müharibəsinə aid video kontentləri dünənin və ya bu günün çəkilişləri kimi yaymaqdadırlar. Doğrusu, məni bu çəkilişlərə bəh-bəhlə baxan, buna inanan (və ya şizofreniyanın əsas əlamətlərindən biri olaraq özlərini olmayan nəyəsə inandıran) və bu inancın təsiri altında paranoyal kommentlər yazan xəstə haylar maraqlandırmır. 44 günlük müharibə zamanı bu nağıllara inana-inana “taktiki geriçəkilmələr” etmirdilərmi?
Məni öz soydaşlarımız maraqlandırır. Heç bir halda bu cür feyklərə inanmaq və onları yaymaq olmaz. Başqa bir məqam ermənilərin soydaşlarımıza video ve foto çəkilişlər müqabilində pul mükafatları vəd etmələri ilə bağlı rusdilli teleqram kanallarında kütləvi çağırışlar etmələridir. Bir daha təkrar edirik: düşmən bizə qarşı informasiya müharibəsi aparır. Bu məqsədlə hər alçaqlığa, yalana və manipulyasiyalara əl atırlar. Bir daha xahiş edirik: texnika və canlı qüvvələrimizlə bağlı hər hansı video-foto çəkilişlər paylaşmayın”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

