Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / FHN: Xaçmazda körpünün uçması ilə əlaqədar nazirliyin qüvvələri əraziyə cəlb olunub

FHN: Xaçmazda körpünün uçması ilə əlaqədar nazirliyin qüvvələri əraziyə cəlb olunub

15.09.2023 [13:39]

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla iki nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Paylaş:
Baxılıb: 472 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31