Serbiya Dövlətçilik Gününü qeyd edir
15.02.2024 [10:17]
Fevralın 15-də Serbiyada Dövlətçilik Günü bayram edilir.
1835-ci ilin həmin günündə müstəqil Serbiyanın Sreten Konstitusiyası adlanan, vətəndaşların əsas azadlıqlarını və knyazların hakimiyyətinin məhdudlaşdırılmasını elan edən ilk demokratik konstitusiyası qəbul olunub.
Serbiya, rəsmi adı Serbiya Respublikası — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlətdir. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır.
Serbiyanın ərazisi 88.361 kvadrat km-dir və bu göstəriciyə görə dünyada 113-cü yeri tutur. Sərhədlərinin ümumi uzunluğu 2027 kilometrdir (115 km Albaniya ilə, 302 km Bosniya və Herseqovina, 318 km Bolqarıstan, 241 km Xorvatiya, 151 km Macarıstan, 221 km Makedoniya Respublikası, 203 km Monteneqro və 476 km Rumıniya ilə). Serbiyanın şimal hissəsi Palloniya düzənliyindən ibarətdir. Ölkənin cənub hissəsi isə dağlıq ərazilərdir.
2022-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 6.69 milyon nəfərdir. Serbiya həmçinin əhalisinin orta yaşı 42,2 olmaqla dünyanın 10 ən yaşlı ölkəsi sırasındadır. 1990-cı illərdə Serbiya Avropada ən çox qaçqına sahib olan ölkə idi. Yuqoslaviya müharibələri nəticəsində bura 1 milyona yaxın qaçqın gəlmişdi, onların çoxu Xorvatiyadan, az bir hissəsi isə Bosniya və Herseqovinadan idi.
Ölkə iqtisadiyyatının strukturunda kənd təsərrüfatı 11,2 faiz, sənaye 18,7 faiz, xidmət sahəsi 70 faiz təşkil edir.
Mikayıl
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15

