NATO-ya doğru...
14.12.2021 [10:18]
Üzvlüyə neçə addım qalır?
N. Qələndərli
Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına üzv olması məsələsi yenidən gündəmdə
ABŞ dövlət katibi Entoni Blinken NBC telekanalına müsahibəsində deyib ki, Ukrayna və Gürcüstan tələblərə cavab verərsə, NATO üzvlüyündə irəliləyə bilər: “Alyans hələ 2008-ci ildə təsdiqləyib ki, təşkilat Ukrayna və Gürcüstan üçün açıqdır. Əgər onlar üzvlük üçün müraciət etməyə davam etsələr və tələblərə cavab versələr, bu məsələnin həlli yaxınlaşacaq”.
Xatırladaq ki, 2008-ci ildə NATO-nun Buxarest sammitində qəbul edilən sənəddə Gürcüstanla Ukraynanın Alyansın üzvü olması məsələsi əksini tapıb. Lakin Alyans hər iki ölkəyə təşkilata üzv olmaq üçün hüquqi prosedurun ilk addımı olan hazırlıq üçün fəaliyyət planını təqdim etməkdən imtina edib. Blinkenin bəyanatı isə bəzi məsələlərə yenidən aydınlıq gətirir. Daha doğrusu, bir daha məlum olur ki, uzun müddət Gürcüstanla Ukraynanın NATO-ya üzv qəbul edilməsi məsələsi ətrafında cərəyan edən proseslər yenidən aktiv fazaya keçir. Bəs hazırda bu istiqamətdə hadisələr hansı xətt üzrə inkişaf edir?
İndiki mərhələdə Rusiya ilə Ukrayna arasında hökm sürən gərginlik Kiyevin üzvlük məsələsini daha da aktuallaşdırır. Verilən açıqlama və bəyanatlar isə göstərir ki, Ukrayna xarici siyasət kursunda Qərbə inteqrasiya və Qərblə tərəfdaşlığa əsaslanan əməkdaşlıq münasibətlərinə, bunların fonunda isə NATO-ya tam inteqrasiyaya üstünlük verir. Gürcüstandan verilən siyasi mesajlar da eyni məzmundadır. Bu ölkə faktiki olaraq Rusiya ilə eyni platformada yer almaq istəmir, öz yerini Qərbin geostrateji orbitində müəyyənləşdirib. Qərb koalisiyası da öz növbəsində NATO vasitəsilə bəhs edilən ölkələrlə müxtəlif proqramlar çərçivəsində qarşılıqlı-faydalı əməkdaşlıq etməklə bölgədə strateji təhlükəsizlik sistemi yaratmağa, bununla da Şərqə doğru genişlənmə çərçivəsində öz mövqeyini daha da möhkəmləndirməyə və rəqiblərin təsir imkanlarını zəiflətməyə çalışır. Nəzərə almaq gərəkdir ki, Gürcüstan və Ukrayna coğrafi baxımdan “heartland”ın (geosiyasi cəhətdən önəmli kontinental ərazi) əhəmiyyətli tərkib hissələrindən birini təşkil edirlər və bu bölgədə üstünlük qazanmaqla önəmli mövqe əldə etmək olar.
Bütün bunlarla yanaşı, hazırda NATO-nun sərgilədiyi mövqedən aydın olur ki, bu qurum hələlik Ukrayna ilə Gürcüstanın öz tərkibinə qəbul olunmasına tələsmir. Əvvəla, bu dövlətlərin NATO-ya qəbul edilməsinin qarşısında duran əsas əngəl kimi Rusiya faktoru çıxış edir. Belə ki, Moskva NATO-nun onun təsir-nüfuz dairəsinə doğru hərbi-strateji genişlənməsinin qarşısını almaq üçün müvafiq addımlar atır. NATO-nun Ukrayna və Gürcüstanın üzvlüyünə “hə” deməməsinin səbəblərindən biri də Moskva ilə qarşıdurmaya getməmək üçün yeridilən “incə” siyasətdir. 2008-ci ildə NATO-ya üzv olan ölkələrin iştirakı ilə baş tutmuş Buxarest zirvə toplantısında Almaniya və Fransa tərəfindən Gürcüstanla Ukraynanın təşkilata üzv qəbul edilməsinə qarşı sərgilənən mənfi mövqeyi bu cür siyasətə sübut kimi göstərə bilərik. Digər tərəfdən, bəzi analitik mərkəzlər və ekspertlərin qənaətincə, Gürcüstan və Ukraynanı hazırda NATO-ya daxil etməyə xüsusi ehtiyacı yoxdur. Çünki əvvəla, NATO onsuz da bu ölkələrlə qarşılıqlı şəkildə müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq edir. Bununla yanaşı, bəhs edilən ölkələrdə daxildə hökm sürən qeyri-sabit ictimai-siyasi durum, münaqişə ocaqlarının mövcudluğu kimi amillərin də aradan qaldırılması zərurətdir.
Bütövlükdə, proseslər deməyə əsas verir ki, bəhs edilən ölkələrin yaxınmüddətli perspektivdə Alyansa qəbul edilməsi gözlənilmir. Bir sözlə, Ukraynanın və Gürcüstanın NATO üzvlüyünə doğru gedən yolun sonuna çatması üçün bir deyil, bir neçə və bir çox addımı qalır...
Xəbər lenti
Hamısına baxSiyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07

