İlham Əliyevin səfərindən sonra...
20.01.2022 [00:33]
ABŞ-ın dövlət katibi də Ukraynaya gəldi
Azərbaycan diplomatiyası bölgənin strateji gündəmini təyin edir
Nurlan QƏLƏNDƏRLİ
Müasir dövrdə regional təhlükəsizlik məsələləri bölgə dövlətlərinin və beynəlxalq güc mərkəzlərinin geosiyasi gündəliyinin mühüm tərkib hissəsini təşkil edir. Burada suverenlik və ərazi bütövlüyünün, beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması məsələləri xüsusi yer tutur. Bu istiqamətdə geosiyasi proseslər çərçivəsində diplomatik trafik müşahidə edilir, yaxud təmaslar sıxlaşır. Son zamanlar diqqəti cəlb edən məqamlardan biri Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə əlaqədar geosiyasi fəallığın artmasıdır. Proseslərin tarixi və məntiqi ardıcıllığı deməyə əsas verir ki, Azərbaycan bu prosesdə yüksək fəallıq nümayiş etdirir - özünəməxsus rol oynayır. Analitiklərin ümumi qənaəti budur ki, Azərbaycan Prezidenti regionun geosiyasi mənzərəsini müəyyənləşdirir.
Şərqi Avropanın və Avrasiyanın önəmli geosiyasi məkanlarından olan Ukrayna ətrafında cərəyan edən proseslərə nəzər saldıqda bu reallığı müşahidə etmək olur. Bəllidir ki, Ukrayna məsələsi fərqli geosiyasi koordinatlara malik olan qüvvələr, xüsusilə də Rusiya ilə kollektiv Qərb (ABŞ və Avropa İttifaqı ölkələri) arasında rəqabət, mübarizə və qarşıdurma mövzusuna çevrilib. Bu istiqamətdə, həmçinin diplomatik intensivlik müşahidə edilir. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Ukraynaya işgüzar səfəri isə bu baxımdan xüsusi önəm daşıyır. Bu tarixi səfər Ukrayna ətrafında, əslində isə, Xəzər-Qara dəniz strateji xəttində və Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm həlqələrindəndir. Şübhəsiz ki, bu səfər təkcə Ukrayna-Azərbaycan münasibətlərinin inkişafı baxımından müstəsna önəm daşımır. Eyni zamanda, Azərbaycan Prezidentinin regional təhlükəsizlik, inteqrasiya və geosiyasi dialoq prosesində müstəsna rolunu, faydalı təşəbbüslərini və zəruri addımlarını əks etdirir.
Təsadüfi deyil ki, İlham Əliyevdən sonra ABŞ-ın dövlət katibi Entoni Blinken də Ukraynaya səfər edib. Səfər çərçivəsində regionda sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub. Bundan əvvəl isə Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında telefon danışğı zamanı Ukrayna, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə predmetinə çevrilib. Bu iki fakt Azərbaycanın geosiyasi çəkisinin əyani təzahürü - real göstəricisidir. Bu, həmçinin Azərbaycan Prezidentinin rəyinin, mövqeyinin və müvafiq addımlarının beynəlxalq güc mərkəzləri tərəfindən xüsusi diqqətlə izlənildiyini və əsas götürüldüyünü təsdiqləyir. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Ukraynaya səfər edəcəyi barədə verilən məlumat Azərbaycanın iştirakçısı olduğu proseslərin növbəti diplomatik fazaya keçdiyini göstərir.
Bütövlükdə, Azərbaycan regional miqyaslı, qlobal xarakterli proseslərdə fəal rol oynayır, geostrateji gündəmi təyin edir. Tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti İlham Əliyevin dərin strateji diplomatiya siyasəti nəticəsində nəinki Cənubi Qafqazda, hətta daha geniş coğrafiyada geostrateji nizamın yaradılmasında -regional dizayn prosesində tarixi rol oynayır. Bu, şübhəsiz ki, diplomatiya tariximizin ən genişmiqyaslı və dərinməzmunlu hadisəsidir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37

