Prezident İlham Əliyevin forumdakı çıxışı bütün vətəndaşları qürurlandırdı
16.03.2026 [14:58]
Prezident İlham Əliyevin martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışı zamanı sülh və suverenlik haqqında səsləndirdiyi fikirlər nəcib duyğularla yaşayan, dövlətinin uğurlarına daim sevinən hər bir Azərbaycan vətəndaşını qürurlandırdı. Çünki Cənab Prezidentin apardığı müdrik siyasət öz bəhrəsini vermiş, onun apardığı uğurlu siyasət ilə Azərbaycan dövləti tarixin ağır və çətin sınaqlarından üzüağ çıxmışdır.
Ölkə başçısı forumda qeyd etmişdir: “Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub”. Sülh və suverenlik hər bir xalqın və dövlətin mühüm dəyərlərindən biridir. Sülh – insanların təhlükəsiz, sabit və firavan yaşamasını təmin edən əsas şərtdir. Cəmiyyətin inkişafına mane olan müharibə isə arzuolunmaz bir bəşəri faciədir. Suveren dövlət öz ərazisi, sərhədləri və milli maraqları üzərində tam hakimiyyətə malik olur və sülh zamanı dövlətin inkişafı,iqtisadi yüksəlişi və insanların rifahı üçün geniş imkanlar yaradır. Ancaq yüksək diplomatik biliyə, geniş dünyagörüşə malik bir lider bu uğurlara nail ola bilər.
Cənab Prezident vurğulamışdır: “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq”. Sülh isə bəşəriyyətin ən böyük arzularından biridir. Tarix boyu baş vermiş müharibələr xalqlara böyük acılar, itgilər və dağıntılar gətirmişdir. Buna görə də müasir dünyada ən doğru yol münaqişələri siyasi yollarla həll etməkdir. Diplomatiya isə münaqişələrin qarşısını alan və xalqlar arasında etimadı gücləndirən əm mühüm vastələrdən biridir.
Möhtərəm Prezident çıxışında xüsusi olaraq bildirdi ki, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız-hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətdə paylaşa biləcəyimiz nadir təcrübədir. Qeyd etmək lazımdır ki, tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı mənfur hərəkətləri az olmamışdır. Bu zaman Azərbaycan xalqı ağır itgilərə məruz qalmışdır. Ermənilərin Qarabağa göz dikməsi, son illər baş vermiş hadisələr və ağır döyüşlər bunlara əyani sübutdur. Lakin müharibənin sonunda qalib gələn tərəfin göstərdiyi humanizm qələbənin özündən də çox qalib xalqın nə qədər yüksək mənəvi dəyərlərə sahib olduğunu ifadə edir. Məğlub olmuş düşmənə sülh təklif etmək həm də uzaqgörən siyasətin nümunəsidir. Bu, bütün dünya xalqları üçün böyük bir nümunədir. Çünki düşmənçilik nə qədər davam edərsə sülh və sabitlik o qədər gecikər. Halbu ki, sülh yolu seçildikdə xalqların inkişafı, əməkdaşlığı və təhlükəsiz gələcəyi üçün daha geniş imkanlar yaranar. Belə bir diplomatiya isə Cənab Prezidentin humanizminin və müdrikliyinin bir ifadəsidir.
Ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin XIII Qlobal Bakı Formundakı çıxışı bir daha göstərdi ki, dövlətimizin başçısının apardığı siyasət qlobal miqyasda sülhün və təhlükəsizliyin təşviqinə töhfə verməklə yanaşı iqtisadi inkişaf yolunda da atılan uğurlu addımların davamıdır. Bu siyasət ilə inkişaf edən Azərbaycan dövləti beynəlxalq arenada siyasi və istisadi sabitliyin mühüm mərkəz nöqtələrindən biridir.
Kamal Gülmalıyev
YAP Culfa rayon təşkilatının fəalı, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19

