Çin və Rusiya ABŞ-a qarşı
03.12.2021 [10:45]
Rəsmi Vaşinqtonun qlobal liderlik uğrunda mübarizəsinə qarşı yeni ittifaq yaranır
Pərviz Sadayoğlu
Dekabrın 9-10-da ABŞ-da keçirilməsi nəzərdə tutulan “demokratiya sammiti” yeni siyasi qarşıdurmalara yol açıb. Belə ki, dünyanın aparıcı dövlətləri artıq bu sammitin əsl mahiyyəti ilə bağlı açıqlamalar verir, ABŞ-ın yaxın gələcək üçün nəzərdə tutduğu yeni “demokratiya planları”nın üstünə işıq salırlar. Xatırladaq ki, Bayden administrasiyasının rəsmiləri nəzərdə tutulan sammiti “demokratiya haqqında daha uzun söhbətin başlanğıcı” hesab edirlər. Bundan başqa, sammit “hüquq və azadlıqların müdafiəsi” məsələsinin yenidən ABŞ xarici siyasətində “prioritetə” çevrilməsinə yardımçı olacaq. Hələ seçki kampaniyası dövründə Bayden məhz belə bir vədlə çıxış etmişdi.
İndiki halda isə dünyada “hüquq və azadlıqların aşınmasının qarşısını almaq üçün” 100-dən çox ölkənin iştirakı ilə keçiriləcək “demokratiya sammiti” bu vədin icrasına başlamaq sayılır. Çin, Rusiya kimi böyük dövlətlərin bu sammitə qarşı açıq kontekstdə fikir bildirməsi isə hədəfin onlara tərəf çevrildiyini bir daha təsdiqləyir. Bayden bu ilin fevralında bildirmişdi ki, ABŞ Çin və Rusiyanın başçılıq etdiyi avtoritar qüvvələrə qarşı çıxmaq üçün qlobal liderliyə qayıdır. Demək ki, yeni “demokratiya” oyunu məhz qlobal liderlik uğrunda yeni mübarizəyə əsaslanır. Hətta demokratiya sammitinə dəvət edilən ölkələrin sırasına nəzər yetirdikdə də artıq yaranan yeni tərəflərin, başqa sözlə kualisiyaların mənzərəsi aydın olur. Belə ki, siyahıda Fransa və İsveç kimi Avropa dövlətləri ilə yanaşı, həm Çinə, həm də Rusiyaya qarşı tarixi aqressiyası olan Yaponiya və Cənubi Koreya kimi ölkələr də yer alır.
Təbii ki, ABŞ-ın yeni demokratiya yürüşünün qarşısının vaxtında alınması üçün də artıq tədbirlərə başlanılıb. Bununla bağlı Çin və Rusiya rəsmi şəkildə mövqe bildiriblər. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Benbin ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nin dünyada parçalanma və qarşıdurma yaratdığını, ölkələr arasında birliyə və əməkdaşlığa ciddi zərbə vurduğunu deyib. Onun sözlərinə görə, bir çox ölkələrin sammitə qarşı çıxmasının əsas səbəbi məhz bu amildir. Çin XİN rəsmisi bildirib ki, ABŞ öz standartlarına uyğun siyasət həyata keçirir, ölkə və regionların bir qismini ABŞ demokratiyası düşərgəsinə qoşmaq istəyir, bu zaman digər qisim ölkələr qeyri-demokratik adlandırılır. “Bu cür davranış beynəlxalq sülh və sabitliyi təhlükə altında qoyur. Təbii olaraq, beynəlxalq ictimaiyyət buna qətiyyətlə qarşı çıxır”.
Rəsmi Moskvanın da sammitə münasibəti Çindən fərqlənməyib. Rusiya Xarici İşlər Nazirliyinin sammitlə bağlı yaydığı bəyanatda bildirilib ki, “demokratiya uğrunda sammit”in təşkilatçıları ümumdünya miqyasında demokratiya və insan hüquqlarının təbliğində liderliyə iddia edirlər. Amma siyahıda olan ölkələr - ABŞ, Böyük Britaniya və Avropa İttifaqına üzv olan ölkələrin öz evlərində, eləcə də beynəlxalq arenada demokratik hüquq və azadlıqları təmin etmələri yumşaq desək, idealdan uzaqdır.
Yaranan situasiya, verilən açıqlamalar qarşıdakı dövrdə daha mühüm gərginliklərin başlaması anonsunu verməkdədir. Çin-Rusiya ittifaqına qarşı özünə müttəfiq yığan, bundan başqa, Uzaq Şərqi də öz “demokratiya yürüşü”nün yeni poliqonuna çevirməyə çalışan ABŞ-ın planlarının hərbi toqquşmalar üçün də zəmin yaradıcılığı istisna olunmur.
Xəbər lenti
Hamısına baxSosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25

