Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Banqladeşdə etiraz aksiyalarının gedişində ölənlərin sayı 560-a çatıb

Banqladeşdə etiraz aksiyalarının gedişində ölənlərin sayı 560-a çatıb

08.08.2024 [12:32]

Banqladeşdə etiraz aksiyaları və iğtişaşlar nəticəsində ölənlərin sayı 560 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Prothom Alo” informasiya portalı məlumat yayıb.

Dünən axşam saatlarına olan məlumata görə, Baş nazir Şeyx Hasinanın istefasından sonrakı üç gün ərzində 232 nəfərin öldüyü məlum olub. Bundan əvvəl - iyulun 16-dan avqustun 4-dək isə toqquşmalarda təxminən 328 nəfər həlak olmuşdu.

Qeyd edək ki, Banqladeşdə kütləvi etirazlar iyulun əvvəlində başlayıb. Əvvəlcə dinc xarakterli aksiyalar sonradan iğtişaşlara çevrilib. Tələbə hərəkatının təkidi ilə Baş nazir Şeyx Hasina istefa verib. Parlament buraxılıb və müvəqqəti hökumət formalaşdırılıb.

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Fransaya cavab!

11 Sentyabr 11:45

İqtisadiyyat

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30