Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniyada miqrantlara qarşı mübarizə gücləndirilir

Böyük Britaniyada miqrantlara qarşı mübarizə gücləndirilir

21.08.2024 [15:20]

Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper daha çox qeyri-qanuni miqrantın saxlanılacağına və rekord sayda deportasiyanın həyata keçirləcəyinə söz verib.

AZƏRTAC xəbər verir ki, nazir növbəti altı ay ərzində 14 mindən çox qeyri-qanuni miqrantı ölkədən çıxarmaq planının bir hissəsi olaraq miqrantlar üçün saxlama mərkəzlərinin genişləndiriləcəyini vurğulayıb.

Bundan əlavə, seçkidən sonra qeyri-qanuni miqrantları izləmək, saxlamaq və geri qaytarmaq üçün Daxili İşlər Nazirliyinin 300-ə yaxın işçisi yenidən prosesə qoşulub. Qaçaqmalçılıqla məşğul olan insanları hədəfə almaq məqsədilə 100-dək yeni mütəxəssis, kəşfiyyat və təhqiqat zabiti Avropa agentlikləri ilə işləmək üçün Milli Cinayət Agentliyinə (NCA) cəlb edilib.

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30