Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiya parlamentinin aşağı palatası buraxılıb

Yaponiya parlamentinin aşağı palatası buraxılıb

09.10.2024 [12:36]

Yaponiya Hökuməti parlamentin aşağı palatasının buraxılması və vaxtından əvvəl ümumi seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilən iclasında qəbul edilib. Parlamentin aşağı palatasının buraxılması barədə təklifi Baş nazir Siqeru İsiba irəli sürüb. Bu təklif hökumət üzvləri tərəfindən qəbul olunub. Parlament seçkisi oktyabrın 27-nə təyin olunub.

Yaponiya konstitusiyasına əsasən, parlamentin aşağı palatasının buraxılması barədə təklif İmperator Naruhito tərəfindən də təsdiq edilməlidir.

Qeyd edək ki, Siqeru İsiba sentyabrın 27-də hakim Liberal Demokratik Partiyanın (LDP) sədri seçildikdən sonra vaxtından əvvəl parlament seçkilərinin anonsunu vermişdi.

Paylaş:
Baxılıb: 465 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Sosial

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30