Ölkəsinə xəyanət edən Gülən öldü
22.10.2024 [08:45]
Ölkəsinə xəyanət etmiş, dövlət çevrilişi cəhdinə niyyətlənən və qardaş Türkiyədə bir çox cinayətlərə imza atmış FETÖ təşkilatının rəhbəri Fətullah Gülən ölüb. F.Gülənin ölüm xəbərini ona yaxın olan “Herkül” saytı yayıb. Məlumatda Fətullah Gülənin aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib. “Herk?l” saytının sosial media hesabından edilən açıqlamada, “Dəfn prosedurları ilə bağlı ətraflı məlumat ictimaiyyətlə paylaşılacaq”, - deyə bildirilib. Bundan başqa, Fətullah Gülənin bacısı oğlu Ebuseleme Gülən də sosial media hesabında paylaşdığı postunda onun ölüm xəbərini təsdiqləyib.
Qeyd edək ki, FETÖ uzun müddət din pərdəsi altında gizlənməyi və təşkilatlanmış şəbəkə qurmağı bacarmışdı. Şəbəkənin ü?vləri özlərini müxtəlif adlar altında dini-ideoloji cərəyan nümayəndələri kimi təqdim etsələr də, bu cərəyanın və yaxud qurumun İslam dininə hansısa bir bağlılığı olmayıb.
Reallıq ondan ibarətdir ki, bu təşkilat fərqli ideologiya və məqsədlər əsasında yaradılaraq fəaliyyət göstərib. Fəaliyyət istiqamətlərini ümumiləşdirdikdə bəlli olur ki, bu qurum bütünlüklə siyasiləşib və okeanın o tayından gələn təlimatları dövlətə xəyanət yolu tutub. Gülənçilər siyasi məsələlərə müdaxilə etməkdən çəkinmirdilər. FETÖ camaatına illər boyunca son məqsədə çatmaq üçün bütün vasitələrə əl atmaq, hətta öldürməkdən çəkinməmək təlimatları aşılanıb. Bu da soyuq müharibədən sonra Qərbdə İslamın timsalında yeni bir düşmən obrazının yaradılması ilə bağlıdır. İslamofob dairələrin əlində alətə çevrilən FETÖ terror əməllərinə sövq edilməklə həm də müqəddəs dinimizin gözdən salınmasına xidmət etmiş oldu. Əgər bir sıra qanlı terror əməllərinin altında FETÖ-nün imzası dayanırdısa, bəlli dairələrdən ötrü İslama qarşı hücuma keçmək, bu dinin daşıyıcılarını diskriminasiyaya məruz qoymaq üçün bundan yaxşı bir fürsət ola bilərdimi?
Terror qruplaşması 2016-cı il iyulun 15-dən 16-na keçən gecə qardaş Türkiyədə dövlət çevirilişinə cəhd etdi. FETÖ-nün məlum terror hadisələrini törətməkdə məqsədi Türkiyədə dövlətçiliyin təməllərinə zərər vermək idi. Hadisələr zamanı daha əvvəl orduda yerləşdirilmiş gülənçilər və FETÖ-yə bağlı olan qüvvələr legitim hakimiyyəti hərbi yolla ələ keçirmək məqsədi ilə hərəkətə başlasalar da, qısa müddətdə məğlubiyyətə uğradı. Xalqın öz dövlətinə, öz demokratik hakimiyyətinə dəstəyi bu məsələdə həlledici rol oynadı. Həmin çətin günlərdə Türkiyə xalqı qətiyyətli seçim edərək dövləti qorumağı bacardı.
Fətullah Gülənin ölümü ilə bərabər FETÖ-nün də tam sıradan çıxması artıq reallıqdır. Təşkilata rəhbər şəxsin gələcəkdə F.Gülənin qohumları və yaxud qurumda ona yaxınlığı ilə fərqlənənlər arasından seçiləcəyi ehtimal olunur. Bununla belə, FETÖ-nün F.Güləndən sonrakı dönəmdə indiki populyarlığını qaruyacağına inam azdır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

