Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Berlində qatar yanıb

Berlində qatar yanıb

03.11.2024 [21:53]

Ötən gecə Berlindəki “Ahrensfelde” dəmir yolu stansiyasında qatarlardan birində güclü yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Berlin Yanğınsöndürmə İdarəsi məlumat yayıb. Hadisə nəticəsində qatarın üç vaqonu yanıb. Yanğın zamanı qatarda sərnişin olmayıb.

Qatarın bələdçisinə və maşinistə hadisə yerində təcili tibbi yardım göstərilib. Onların ciddi xəsarət almadığı bildirilir.

Yanğın dərhal nəzarətə götürülərək söndürülüb.

Özəl dəmir yolu şirkətlərindən birinə məxsus olan qatarda baş verən yanğınla əlaqədar polis tərəfindən təhqiqat aparılır.

Yanğınla əlaqədar fəaliyyəti qısa müddətə dayandırılmış stansiyada hərəkət artıq bərpa edilib.

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30