BMT: Son 60 ildə silahlı münaqişələrin 40 faizi təbii sərvətlərə sahib olmaq uğrunda baş verib
06.11.2024 [23:37]
Noyabrın 6-da Müharibə və Silahlı Münaqişələrdə Ətraf Mühitin İstismarının Qarşısının Alınması üzrə Beynəlxalq Gün qeyd edilir. AZƏRTAC xəbər verir ki, BMT-nin bu münasibətlə yaydığı müraciətdə deyilir: “Bəşəriyyət həmişə müharibə itkilərini ölən və yaralanan əsgərlər və dinc əhali, dağıdılmış şəhərlər və yaşayış məntəqələri ilə hesablasa da, ətraf mühit çox vaxt müharibənin açıqlanmayan qurbanı olaraq qalır. Belə ki, hərbi üstünlük əldə etmək üçün su quyuları çirkləndirilib, əkin sahələri yandırılıb, meşələr qırılıb, torpaqlar zəhərlənib, heyvanlar öldürülüb”.
Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) müəyyən edib ki, son 60 ildə bütün silahlı münaqişələrin azı 40 faizi təbii ehtiyatların - istər taxta, almaz, qızıl və digər qiymətli sərvətlər, istərsə də neft və ya münbit torpaq, su kimi qıt resurslar səbəbindən baş verib. Təbii sərvətlərlə bağlı münaqişələrin də təkrarlanma ehtimalının iki dəfə çox olduğu aşkar edilib.
BMT ətraf mühitlə bağlı fəaliyyətin münaqişələrin qarşısının alınması, sülhyaratma və sülhməramlı strategiyaların bir hissəsi olmasını təmin etməyə böyük əhəmiyyət verir, çünki yaşayış vasitələrini və ekosistemləri təmin edən təbii ehtiyatlar məhv edilərsə, davamlı sülh də ola bilməz.
Bu məqsədlə 2001-ci il noyabrın 5-də BMT Baş Assambleyası hər il noyabrın 6-nı Müharibə və Silahlı Münaqişələrdə Ətraf Mühitin İstismarının Qarşısının Alınması üzrə Beynəlxalq Gün elan edib. 2016-cı il mayın 17-də UNEP silahlı münaqişə riskinin azaldılmasında sağlam ekosistemlərin və davamlı şəkildə idarə olunan resursların rolunu tanıyan UNEP/EA.2/Res.15 qətnaməsini qəbul edib və onun tam həyata keçirilməsinə dair güclü öhdəliyini bir daha təsdiqləyib.
Bu kontekstdə işğalçı Ermənistan da 30 ilə yaxın müddətdə zəbt etdiyi Azərbaycan ərazilərində təbiətə, təbii sərvərlərə böyük ziyan vurub. Bu ərazilərdə 163 faydalı qazıntı yatağı, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilib. İşğal edilmiş ərazilərin təbii sərvətləri istismarı edilən zaman ətraf mühit standartlarına riayət olunmayıb və nəticədə ekologiyaya ciddi zərər vurulub. Beynəlxalq hüququn müvafiq müddəaları və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə rəğmən işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühit və təbii sərvətləri barbarcasına istismar edən Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafı və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeyini bir daha bariz şəkildə nümayiş etdirib.
Bundan başqa, erməni işğalı altında olmuş ərazilərin 261 min hektar meşə sahəsi, təbiət abidələri, pasportlaşmış 145 Şərq Çinarı, eyni zamanda, həmin bölgədə “Azərbaycan Respublikasının Qırmızı Kitabına” daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsi, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət əraziləri, habelə nadir biomüxtəliflik nümunələri məhv edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

