Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Bosniya və Herseqovinada bəzi şəhərlərdə hava çirkliliyi təhlükəli səviyyədədir

Bosniya və Herseqovinada bəzi şəhərlərdə hava çirkliliyi təhlükəli səviyyədədir

07.11.2024 [15:11]

Bosniya və Herseqovinanın bir çox şəhərində hava çirkliliyi həssas əhali qrupları üçün təhlükəli səviyyəyə yüksəlib.

AZƏRTAC xəbər verir ki, Banya Lukada havanın keyfiyyət indeksinin 185, Tuzlada 165, paytaxt Sarayevoda və Travnikdə 160, Zenitsada isə 159 olduğu açıqlanıb. Bu şəhərlər havanın keyfiyyət indeksinə görə qeyri-sağlam olaraq təsnif edilib.

Hava çirkliliyi ilə əlaqədar ürək və tənəffüs orqanlarının xəstəlikləri olan insanlara vacib olmadığı təqdirdə evdən bayıra çıxmamaq tövsiyə olunub.

Mütəxəssislərin fikrincə, sənaye obyektləri, nəqliyyat, tullantıların yandırılması və fərdi istilik sistemləri havanın çirklənməsinin ən böyük səbəblərindəndir.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30