Prezident Parlamentdə seçiləcək...
27.11.2024 [09:57]
Gürcüstan yeni parlamentlə yeni dönəmə doğru
Gürcüstanda oktyabrın 26-da ciddi ajiotajla müşayiət olunan növbəti parlament seçkilərindən sonra ilk iclasın qanunvericilikdə nəzərdə tutulan vaxtda keçirilməsi də müzakirə predmetinə çevrilmişdi. Məsələ burasındadır ki, qonşu ölkədə Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticələrinin yekun protokolunu təsdiqləsə də, müxalifət nəticələri hələ də mübahisələndirir. Prezidentin, ayrı-ayrı partiyaların deputat mandatı qazanan namizədləri də daxil olmaqla birləşmiş müxalifət seçkilərdə hansısa nöqsanlara yol verildiyi iddialarından çıxış etməklə yeni parlamenti tanımaqdan imtina edir. Seçkilərdə daha çox deputat mandatı qazanan hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası, bütövlükdə, iqtidar komandası isə seçkilərin xalqın iradəsi əsasında baş tutduğunu bildirir və parlamentin ilk iclasının prosedur qaydalarına uyğun geçiriləcəyini bildirirdi.
Parlamentin içində və çölündə - ilk iclas baş tutdu
Elan olunan yekun nəticələrə əsasən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası on birinci çağırış Gürcüstan parlamentində 150 mandatdan 89-nu qazanıb. MSK-nın yekun protokoluna görə, qalan 61 mandatdan 19-na “Dəyişiklik üçün Koalisiya”, 16-sına “Birlik - Milli Hərəkat”, 14-nə “Güclü Gürcüstan”, 12-nə isə “Qaxariya Gürcüstan üçün” partiyaları sahib olublar. Bununla da, qonşu və dost ölkədə seçkilər baş tutmuş hesab olunur.
Gürcüstan qanunvericiliyi əsas tutulmaqla on birinci çağırış parlamentin ilk iclasının noyabrın 25-də keçirilməsi qərara alınmışdı. Birləşmiş müxalifət bir gün əvvəldən parlament binasına yaxın küçə və meydanlarda aksiyalara başlamışdı. Məqsəd yeni seçilmiş palamenti baykot etmək, ilk iclasın keçirilməsinə mane olmaq idi. Hətta müxalifət düşərgəsinin ayrı-ayrı təmsilçiləri prezident Salome Zurabişvilinin rəhbərliyi ilə alternativ parlament formalaşdırılması təklifindən çıxış edirdilər.
Lakin parlament binasının çölündə yaşanan gərginliyə rəğmən, seçicilərin təxminən 54 faizinin dəstəyini qazanan “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası, müvafiq dövlət qurumları ilk iclasın keçirilməsində israrlı idilər və iclas baş tutub. Ölkə qanunvericiliyinə əsasən, yeni seçilmiş 76 deputat parlamentdə iştirak edərsə, qanunverici orqanın ilk sessiyası işə başlaya bilər. Müxalifətlə bir yerdə olan S. Zurabişvili iştirak etmədiyindən iclası parlamentin ən yaşlı deputatı - hakim “Gürcü arzusu” Partiyasının nümayəndəsi Lado Kaxadze açıb. O bildirib ki, Gürcüstan parlamentinin 89 üzvü qeydiyyatdan keçib və bu, parlamentin öz işinə başlamasına imkan verir.
Gürcüstan parlamentində yaradılan tək fraksiya
İclasda yalnız “Gürcü Arzusu” Partiyasından seçilmiş deputatlar iştirak ediblər. İştirakçılar arasında partiyanın lideri Bidzina İvanişvili də olub. İclasa yalnız dövlət orqanlarının rəhbərləri və ruhaniyyət dəvət edilib.
İlk iclasda deputatların səlahiyyətləri qəbul edilib. Müvəqqəti Mandat Komissiyası seçilən 150 deputatın sənədlərinin qaydasında olduğunu təsdiqləyib. Komissiya yekun siyahını təqdim etdikdən sonra səlahiyyətlərin tanınması üçün səsvermə keçirilib. “Gürcü Arzusu” Partiyasının 88 deputatı parlamentin 150 deputatının səlahiyyətlərini tanıyıb.
İlk iclasda tək bir fraksiya - “Gürcü Arzusu” fraksiyası yaradılıb. Onun rəhbəri Mamuka Mdinaradze olacaq. İclasda Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib. Bununla bağlı qərarın lehinə 88 deputat səs verib.
Dekabrın 14-də ölkədə prezident seçkiləri keçiriləcək
Dünəndən etibarən isə Gürcüstanda yeni hökumətin formalaşdırılmasına başlanıb. Hökumətn formalaşdırılması səlahiyyəti parlament çoxluğuna - “Gürcü Arzusu” Partiyasına məxsusdur. Məlumat verildiyi kimi, hakim partiya yenidən İrakli Kobaxidzenin Gürcüstan hökumətinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.
Öz növbəsində İ.Kobaxidze yeni kabinetin üzvlərinin adlarını açıqlayıb. Təqdim olunan siyahıya əsasən, yeni hökumətdə xarici işlər naziri, ədliyyə naziri, ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri dəyişir. İ. Kobaxidze Xarici İşlər Nazirliyinin rəhbəri postuna parlamentin hakim əksəriyyətindən olan deputat Maka Boçorişvilinin namizədliyini təqdim edib. Ədliyyə naziri postuna yeni hökumətdə parlamentin hakim əksəriyyətinin liderlərindən biri olan Ənri Oxanaşvilinin namizədliyi irəli sürülüb. Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri vəzifəsinə isə namizəd kimi yenə də “Gürcü Arzusu”nun təmsilçisi David Songulaşviliyə etimad göstərilib. Hökumətin yeni tərkibi parlamentin noyabrın 28-də keçiriləcək plenar iclasında təsdiqlənəcək.
Cari ildə Gürcüstanda həmçinin prezident seçkilərinin keçirlməsi nəzərdə tutulur. “Gürcüstanda növbəti prezident seçkiləri dekabrın 14-də keçiriləcək”. Bu barədə parlamentin sədri Şalva Papuaşvili dünən baş tutan plenar iclasda məlumat verib. O bildirib ki, artıq məsələ parlamentin bürosuna təqdim edilib.Papuaşvilinin sözlərinə görə, prezidentin inauqurasiyası isə dekabrın 29-da baş tutacaq.
Qeyd edək ki, Gürcüstan tarixində ilk dəfə prezident ümumxalq səsverməsi ilə deyil, parlamentdə seçki kollegiyası tərəfindən seçiləcək.
İlk iclasda tək bir fraksiya - “Gürcü Arzusu” fraksiyası yaradılıb. Onun rəhbəri Mamuka Mdinaradze olacaq. İclasda Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib. Bununla bağlı qərarın lehinə 88 deputat səs verib.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

