Dünyada ən böyük hərbi büdcə
29.12.2024 [10:21]
Hazırda dünyada artan geosiyasi və geoiqtisadi gərginliklər ilk növbədə qütbləşmə meyllərin güclənməsindən qaynaqlanır. Qlobal Şərqlə qlobal Qərb arasında qarşıdurmaların yüksək dinamika ilə yeni-yeni coğrafiyaları əhatə etməsi ciddi narahatlıq doğurur. Bu proseslər fonunda ayrı-ayrı güc mərkəzlərinin hərbi arsenallarını artırmaları xüsusilə diqqət çəkir.
ABŞ-nin 895 milyard dollarlıq hərbi büdcəsi
Hazırda dünyanın ən böyük iqtisadiyyatına malik Amerika Birləşmiş Ştatları (ABŞ) öz potensialına uyğun olaraq qobal miqyasda cərəyan edən proseslərə güclü şəkildə təsir etmək, onları istiqamətləndirmək imkanlarını da özündə saxlayır. Bunu biz son olaraq Yaxın Şərqdə və Şərqi Avropada alovlanan müharibələr fonunda açıq-aydın izləyirik. Son üç ildə Vaşinqton Rusiya-Ukrayna müharibəsində Kiyevə dəstək verən əsas ölkə qismində çıxış edib. ABŞ, həmçinin Rusiyaya qarşı Qərb koalisiyasının formalaşmasında aparıcı rol alıb.
ABŞ perspektivdə də özünün dominant mövqeyini qorumaq niyyətindədir. Ağ Evin 2025-ci il üçün hərbi büdcəsini rekord səviyyədə artırması da bu niyyətdən xəbər verir. Artıq gələn il yanvarın 20-də postunu tərk edəcək prezident Co Bayden 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini təsdiq edən qanunu imzalayıb. Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bir neçə gün bundan əvvəl Senat 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib. Layihənin lehinə 85, əleyhinə 14 senator səs verib. Bundan əvvəl isə büdcə Nümayəndələr Palatasında 281 lehinə, 140 əleyhinə səslə qəbul edilib.
“The Hill” yazır ki, büdcədə ABŞ ordusunun Hind-Sakit okean regionunda mövcudluğunun gücləndirilməsi, yeni yerüstü texnika və təyyarələrin istehsalı, gəmilərin inşası, eləcə də bütün ABŞ hərbçilərinin maaşlarının artırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Pentaqonun rəhbəri Lloyd Ostin “Ronald Reyqan Forumu”nda bildirib ki, bu, ABŞ ordusuna dünyanın ən güclü döyüş qüvvəsi olaraq qalmasına kömək etməlidir.
ABŞ-nin gələn il üçün müdafiə büdcəsinin strukturunda F-35 qırıcılarının alınması ilə bağlı bənd xüsusi diqqət çəkir. Ümmi büdcə artırılsa da, qırıcıların alınması üçün xərclərin azaldılması nəzərdə tutulub. Belə ki, ABŞ növbəti maliyyə ilində F-35 qırıcılarının alışını 18 faiz azaltmaq niyyətindədir. “Reuters”in məlumatına görə, Pentaqon “Lockheed Martin”dən 83 deyil, 70-dən az qırıcı sifariş etmək niyyətindədir. Bu da həmin modelin xərclərini 1,6 milyard dollar azaldacaq. Bir təyyarənin qiyməti isə 80-120 milyon dollar arasında dəyişir.
Müqayisə üçün bildirək ki, Şimali Atlantika Alyansında (NATO) yer alan digər dövlətlərin hərbi xərcləri ABŞ ilə müqayisədə xeyli azdır. Məsələn, Almaniya 97 milyard, Böyük Britaniya 82 milyard, Fransa 63 milyard dollar həcmində hərbi büdcəyə malikdirlər. Eyni zamanda, onu da vurğulayaq ki, NATO-nun maliyyələşməsinin əsas yükü də ABŞ-nin üzərinə düşür. Bununla belə, Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti olmuş və cari il noyabrın 5-də yenidən dövlət başçısı seçilən Respublikaçılar Partiyasının namizədi Donald Tramp NATO-da yeni maliyyələşmə mexanizminin tətbiqi təşəbbüsü ilə çıxış edib. O, dəfələrlə NATO-ya üzv ölkələri ümumi daxili məhsullarının 2 faizini müdafiyə xərcləmək vədlərini yerinə yetirməyə çağırıb. Prezidentliyi dönəmində ABŞ-ni NATO-dan çıxaracağı mesajı da ona məxsusdur. Trampın NATO açıqlamaları alyans üzvərini ciddi təşvişə salıb. ABŞ-nin NATO-dan çıxması Avropanın müdafiəsiz qalması anlamında qəbul olunur. Təsadüfi deyildir ki, Donald Tramp yenidən prezident seçildikdən sonra Avropa Siyasi Birliyi təcili qaydada toplandı və orada “qoca qitə”nin təhlükəsizliyinin təmin olunması məsələsi gündəliyin mərkəzində dayandı. Avropada anlayırlar ki, NATO hələlik onların əsas müdafiə çətiridir və ABŞ-siz bu çətirin altı boş qalar. Daxili mənbələr hesabına isə Avropanın ümumi təhlükəsizliyini təmin etmək mümkünsüz görünür...
Çinin mövqeyi
Bir çox dairələr Vaşinqtonun hərbi büdcəsini rekord səviyyədə artırmasını Pekinə əzələ nümayişi kimi dəyərləndirirlər. Öz növbəsində Çin də ABŞ-nn hərbi büdcəsini artırmasını böyük narahatlıqla izləyir. “ABŞ-nın hərbi xərcləri nəzərdə tutan müdafiə büdcəsinin rekord həddə çatması qlobal sabitlik üçün təhdiddir”. Çinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan bunu jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. “ABŞ Çinin hərbi təhdidini bəhanə edərək bu layihə ilə hərbi xərclərin artırılmasına və hegemonluğun saxlanmasına haqq qazandırır. Vaşinqton bu yolla Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edir və bütün dünyada sabitliyi pozur”, - deyə Çjan Syaoqan bildirib.
Çinin heç kimə meydan oxumaq niyyətində olmadığını deyən nazirliyin nümayəndəsi ABŞ-nn ən böyük düşməninin elə onun özü olduğunu vurğulayıb: “Birləşmiş Ştatlar hərbi xərclərə görə dünya lideridir və hər il hərbi-sənaye kompleksinə sərmayələri artırır. Bu, onun müharibədən asılılığının və hegemon ekspansiyasının əsl mahiyyətini nümayiş etdirir”.
Nazirliyin nümayəndəsi Çinin hər zaman dinc inkişaf yoluna sadiq qaldığını, müdafiə siyasəti yürütdüyünü və heç bir ölkə ilə silahlanma yarışına girmədiyini xatırladıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33

