/ / İlon Mask iyun ayında Texasda pilotsuz taksiləri işə salmağı vəd edib, lakin hazırlıqlar gecikir
İlon Mask iyun ayında Texasda pilotsuz taksiləri işə salmağı vəd edib, lakin hazırlıqlar gecikir
29.05.2025 [09:21]
“Tesla” şirkətinin rəhbəri İlon Mask keçən həftə Ostin (Texas ştatı) küçələrində iyun ayının sonunadək pilotsuz taksilərin istifadəyə veriləcəyini vəd etsə də, bir sıra mənbələrin verdiyi məlumata görə, bu məqsədlə zəruri razılaşdırmaların çoxu hələ də həyata keçirilməyib.
AZƏRTAC “Fortune” nəşrinə istinadla xəbər verir ki, “Tesla” hələ Ostinin fövqəladə hallar xidmətləri ilə mümkün qəzalar zamanı pilotsuz taksilərlə necə davranmaq barədə təlimlər keçirməyib. Halbuki bu cür təlimlər digər şirkətlər üçün xidmətə başlamazdan əvvəl mütləq qaydada təşkil edilir. Hətta “Tesla” bu mövzuda aidiyyatı qurumlara heç bir yazılı təlimat da təqdim etməyib.
Bundan başqa, “Tesla” pilotsuz taksilərinə SAE klassifikasiyasına əsasən avtonomluq dərəcəsi də verməyib ki, bu da servisin işə düşməsi üçün zəruri prosedurdur. Bununla belə, şirkət bu həftənin əvvəlində Ostindəki pilotsuz nəqliyyat üzrə işçi qrupun iştirakı ilə öz robotaksi prototiplərini qapalı təqdimatda nümayiş etdirib. Tədbirdə fövqəladə hallar xidmətlərinin nümayəndələri də iştirak ediblər, lakin onlar da heç bir konkret texniki göstəriş almayıblar. Tesla rəsmiləri yalnız bildirib ki, bütün lazımi məlumatlar sonradan təqdim olunacaq. Şəhər rəsmiləri isə qeyd ediblər ki, indiyədək Tesla bütün tələb olunanları yerinə yetirib və ona qarşı inamsızlıq yoxdur.
Texasın fövqəladə hallar xidmətlərini nisbətən sakitləşdirən məqam isə budur ki, “Tesla”nın sınaqdan keçirdiyi robotaksilər artıq tanış olan Model Y krossoverlərinin bir qədər dəyişdirilmiş versiyaları olacaq. Şirkət bu planları yerli qurumlarla əvvəlcədən razılaşdırıb və məsləhətləşmələrdən sonra həmin planlara dörd düzəliş edilib, lakin onların detalları açıqlanmır.
Şəhər hakimiyyəti “Tesla”dan lazım olan sənədləri yalnız xidmət tam fəaliyyətə başlayandan sonra tələb edə bilər, bu səbəbdən şirkət razılaşdırma müddətinə rəqabətçilərlə müqayisədə daha rahat yanaşır.
Layihənin ilkin mərhələsində yalnız Ostinin müəyyən edilmiş rayonlarında 10–20 ədəd Model Y bazasında hazırlanmış robotaksi fəaliyyət göstərəcək. Zərurət olduqda uzaqdan operatorlar onların idarəetməsinə müdaxilə edə biləcəklər. Bundan başqa, bu avtomobillər fövqəladə xidmət nəqliyyatının səs siqnallarına reaksiya vermək üçün daha yaxşı təchiz olunacaq. Lakin Tesla hələ də bu avtomobillərin SAE təsnifatına əsasən avtonomluq səviyyəsini Ostin meriyasına bildirməyib. Halbuki digər şirkətlər bunu əvvəlcədən ediblər. Məsələn, Kaliforniyada Tesla öz FSD (Full Self-Driving) sistemini rəsmi olaraq ikinci səviyyəli avtonom sistem kimi təsnif etmişdi. Güman edilir ki, bu yanaşma şirkətə üçüncü səviyyəli sistemi rəsmi icazə olmadan faktiki test etmək imkanı verir.
ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Federal İdarəsi (NHTSA) iyunun ortalarınadək “Tesla”dan FSD proqram təminatının təhlükəsizliyi ilə bağlı sorğuya cavab gözləyir.
Qeyd edək ki, İlon Mask texnologiyaların tətbiqində verdiyi vədlərin vaxtında yerinə yetirməməsi ilə tanınır. 2019-cu ildə o, 2020-ci ilədək ABŞ yollarında 1 milyon robotaksinin fəaliyyət göstərəcəyini bəyan etmişdi. 2022-ci ildə sükan və pedal olmayan xüsusi robotaksilərin 2024-cü ildən istehsalına başlanacağını vəd etsə də, bu da baş vermədi. Hazırda isə iki nəfərlik, iri baqaj bölməsi olan və ənənəvi idarəetmə elementləri olmayan “Cybercab” modelinin kütləvi istehsalına yalnız 2026-cı ildən tez başlanacağı gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41

