Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Məşhur tennisçi Rocer Federer “Forbes” jurnalının milyarderlər siyahısında yer alıb

Məşhur tennisçi Rocer Federer “Forbes” jurnalının milyarderlər siyahısında yer alıb

24.08.2025 [17:13]

İsveçrəli məşhur tennisçi Rocer Federer “Forbes” jurnalının milyarderlər siyahısında yer alıb.

AZƏRTAC xəbər verir ki, nəşrin hesablamalarına görə, 44 yaşlı idmançının sərvəti 1,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. O, 2022-ci ildə karyerasını başa vuranadək turnirlərdən 130 milyon dollardan bir qədər çox mükafat qazanıb. Lakin tennis karyerası ərzində sponsorluqlar, çıxışlar və digər biznes fəaliyyətlərindən təxminən 1 milyard ABŞ dolları qazanıb. Bu məbləğ Novak Cokoviç və ya Rafael Nadalın qazandıqlarının iki qatından çoxdur. R.Federer bəzi brendlərlə on ildən artıq müddətdə əməkdaşlıq edib və ardıcıl 16 il dünyanın ən yüksəkgəlirli tennisçisi olub. 2020-ci ildə isə R.Federer bütün idmançılar arasında liderlik edərək, 106,3 milyon dolları gəlir əldə edib. Bundan əlavə, R.Federer investisiyalarla da fərqlənib. İsveçrənin qaçış ayaqqabıları istehsal edən “On” şirkətinə yatırdığı sərmayə ona xeyli gəlir gətirib.

İsveçrəli tennisçi idman karyerasının aktiv dövründə ümumi gəliri 1 milyard dolları keçmiş cəmi yeddi idmançıdan biri kimi tarixə düşüb. Bu siyahıya basketbolçu Lebron Ceyms, qolfçu Tayqer Vuds və Fil Mikkelson, futbolçu Kriştiano Ronaldo və Lionel Messi, eləcə də boksçu Floyd Meyvezer daxildir.

Qeyd edək ki, idman tarixində ilk milyarder tennisçi rumıniyalı İon Țsiriak olub. Kommunizmin süqutundan sonra biznes fəaliyyətinə başlayan İ.Tsiriak daşınmaz əmlak, avtomobil satışı və maliyyə xidmətləri sahəsində böyük sərvət qazanıb. O, 2007-ci ildə “Forbes”in milyarderlər siyahısına daxil edilib və hazırda sərvəti 2,3 milyard dollar dəyərində qiymətləndirilir.

Paylaş:
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30