Ağ Ev ştatların maliyyələşdirilməsini “dondurur”
03.10.2025 [09:58]
Donald Tramp administrasiyası Demokratların başçılıq etdiyi ştatlar üçün 26 milyard dollar vəsaiti “dondurub”.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, məqsədyönlü proqramlara Konqresdə iki aparıcı Demokratın yaşadığı Nyu-Yorkdakı tranzit layihələri üçün 18 milyard dollar, Kaliforniya və İllinoys da daxil olmaqla onların nəzarətində olan 16 ştatda yaşıl enerji layihələri üçün 8 milyard dollar vəsait daxildir.
Bu arada, vitse-prezident Cey Di Vens xəbərdarlıq edib ki, “şatdaun” bir neçə gündən çox davam edərsə, administrasiya federal işçilərin ixtisarına davam edə bilər.
Bu addımlar açıq şəkildə nümayiş etdirir ki, Donald Tramp hökumətin “şatdaunundan” siyasi rəqiblərini cəzalandırmaq və ABŞ Konstitusiyası əsasında Konqresə həvalə edilmiş 7 trilyon dollarlıq federal büdcə üzərində nəzarətini genişləndirmək üzrə öz təhdidlərini yerinə yetirmək niyyətindədir.
ABŞ prezidenti çərşənbə günü axşam “Truth Social”da bunla bağlı yazıb: “Milyardlarla dollara qənaət etmək olar”.
ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı qismən fəaliyyətini dayandırıb. Bunun əsas səbəbi ABŞ Konqresindəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyaları nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri ilə bağlı razılığa gələ bilməməsidir. Onlar bir-birini “şatdaunu” təhrik etməkdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.
Bu, 1981-ci ildən bəri hökumətin fəaliyyətini dayandırması ilə bağlı 15-ci haldır və onun nəticəsində elmi tədqiqatlar, maliyyə nəzarəti, ətraf mühitin təmizlənməsi və bir sıra digər fəaliyyətlərdə fasilələr yaranır.
Təxminən 750 min federal işçiyə işləməmək əmri verilib, hərbçilər və sərhəd-patrul agentləri maaş almadan işə başlayırlar. Veteranların İşləri Departamenti milli qəbiristanlıqlarda dəfnləri təmin edəcəyini, lakin baş daşları qoymayacağını və ya qazon biçməyəcəyini bildirib.
Donald Trampın başçılıq etdiyi Respublikaçılar Senatda 53-47 səs çoxluğuna sahibdirlər, lakin xərcləmə qanun layihələrini qəbul etmək üçün tələb olunan 60 səs baryerini aşmaq üçün onlara ən azı yeddi Demokratın dəstəyi lazımdır.
Qeyd edək ki, 35 gündən çox davam edən ABŞ hökumətinin fəaliyyətinin ən uzunmüddətli dayandırılması Donald Trampın birinci dövründə - 2018-2019-cu illərdə baş verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

