Nikol Paşinyan öz diktaturasını möhkəmləndirmək üçün bütün vasitələrə əl atır
13.08.2020 [08:22]
İşğalçı ölkənin baş naziri siyasi sifarişlərinin həyata keçirilməsinə şərait yaratmaq üçün güc strukturlarında köklü dəyişikliyə gedir
Cari ilin martından işğalçı Ermənistanda fövqəladə vəziyyət rejimi tətbiq edilsə də, COVID-19 pandemiyasına qarşı mübarizədə heç bir ciddi irəliləyiş əldə edilməyib. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, əhalinin sayına nisbətən yoluxma halları çox yüksəkdir və bir sutkada ən azı 200 yoluxma qeydə alınır. Bunun əsas səbəblərinə ölkədə sanitar-epidemioloji vəziyyətin acınacaqlı olması, hökumət rəhbərlərindən tutmuş əyalət məmurlarına qədər çoxlarının fövqəladə vəziyyət rejimi qaydalarına əməl etməməsi də daxildir. Buna baxmayaraq, Ermənistan hökumətinin keçirdiyi növbədənkənar iclasda fövqəladə vəziyyət rejiminin sentyabrın 11-ə qədər yenidən uzadılması barədə qərar qəbul olunub.
Ermənistan mətbuatı, həmçinin Paşinyanın hakimiyyətə gəldikdən sonra bilavasitə hüquq-mühafizə və təhlükəszilik qurumları ilə bağlı qalmaqalların səngimədiyini yazıb. Xatırladılıb ki,avqustun 10-da Polis xidmətinin rəis müavini Tiqran Yesayanın vəzifəsindən azad edilməsi də həmin müəmmalardan biridir. Qeyd edək ki, güc strukturlarının rəhbər vəzifəli şəxslərinin tez-tez istefaya göndərilməsi, yüksəkvəzifəli şəxslərin intihar hadisələri və digər cinayət işlərinin açılmaması da gərgin vəziyyət yaradır. Məlum intihar hadisələri ilə bağlı cinayət işlərinin istintaqı isə uzun müddətdir, davam edir. Qeyd edək ki, Paşinyanın polis xidmətində apardığı “əməliyyatlar”ın əsas məqsədi siyasi sifarişlərinin həyata keçirilməsi üçün asayiş keşikçilərini öz iradəsinə tabe etdirməkdir. Buna etiraz edən “Vətəndaş özünüdərki” təşkilatının rəhbəri Narek Samsonyan deyib ki, heç bir polis məmuru siyasi sifariş yerinə yetirə bilməz. “Aysor.am” saytı isə yazır ki, bu günlərdə növbəti dəfə polis özbaşınalığı ilə üzləşən QHT sədri bir neçə gün İrəvanın Ərəbkir rayonunun polis bölməsində saxlanılıb. Polisi təhqir etməkdə günahlandırılan N.Samsonyanın sözlərinə görə, o, polis məmurunu təhqir etməyib, saxlanıldıqdan sonra fövqəladə vəziyyət rejiminin komendantı Tiqran Avinyan haqqında düşündüklərini deyib.
Göründüyü kimi, Paşinyan siyasi sifarişlərinin həyata keçirilməsinə şərait yaratmaq üçün güc strukturlarında köklü dəyişikliyə gedir. Eyni zamanda, diktaturasını möhkəmləndirmək üçün bütün vasitələrə əl atır, hətta ona yaxın olan məmurların özbaşınalığına da şərait yaradır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15

