Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bütün dünyanın kollektiv məsuliyyəti

Bütün dünyanın kollektiv məsuliyyəti

21.06.2024 [09:50]

İlham Əliyev: Azərbaycan yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir

Cari ilin noyabrında Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Beynəlxalq iqlim konfransına hazırlıq məqsədilə iyunun 19-da Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimi keçirilib.

Bəhs olunan toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Prezident İlham Əliyevin toplantı iştirakçılarına ünvanladığı müraciətində vurğuladığı kimi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi fikirlərini, mütərəqqi ideyalarını, ümumbəşəri dəyərləri və prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir”, - deyə müraciətdə bildirilir.

Qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlərdən biri - iqlim dəyişmələri ilə mübarizə

COP29 ərəfəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Bakıda və işğaldan azad olunmuş ərazilərdə olmaqla genişmiqyaslı toplantı keçirilməsi məsələnin bütün dünya üçün aktuallığı ilə bağlıdır. Bütövlükdə, təhdidlərin miqyası çox böyükdür. İqlim dəyişmələrinin təsirləri həyatın bütün sahələrində özünü büruzə verir. Açıq statistikaya əsasən planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq. “Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Əlbəttə, indiyədək beynəlxalq səviyyədə iqlim dəyişmələri ilə mübarizədə böyük yol keçilib. O cümlədən BMT-ni qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərində,dünya dövlətləri tərəfindən təsdiqlənən Kioto protokolunda, Paris razılaşmasında bu istiqamətdə konkret hədəflər müəyyənləşdirilib. Ölkələr müntəzəm qaydada emissiya öhdəliklərini yeniləyirlər və bununla bağlı hesabatlarını təqdim edirlər. Lakin yuxarıda xatırlatdığımız statistikadan da bəlli olduğu kimi, görülən işlər kifayət etmir. Həyəcan təbili çalan Prezident İlham Əliyev bildirib: “Qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atılsa da, qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlər dayanır. Eyni zamanda artıq hamı tərəfindən qəbul olunmuş reallıq budur ki, qlobal istiləşməni 1,5 C° səviyyədə saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək birgə təcili tədbirlərin görülməsi və təxirəsalınmaz addımların atılması üçün vaxtımız azalır”.

COP29-un ciddi gündəliyi

Ötən ilin sonlarında COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi beynəlxalq səviyyədə ölkəmizə olan güclü etimadın göstəricisidir. Respublikamız bunu böyük məsuliyyət kimi qəbul edib. Ölkəmizin niyyətini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir. 

COP29 üçün müəyyənləşdirilən gündəlik kifayət qədər ciddidir. Bildirildiyi kimi, Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaqdır. İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcəkdir. 

İqlim dəyişmələrinin fəsadları xüsusilə kiçik ada dövlətləri üçün çox ağırdır. İqlim dəyişmələri bütün dünya üçün ciddi çağırışlar deməkdir. Ancaq bu, kiçik ada dövlətləri üçün bir mövcudluq, həyatda qalmaq məsələsidir. “Eyni zamanda, iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaqdır”, - deyə dövlətimizin başçısı bildirib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Sentyabr ayından...

12 İyul 11:00

Sosial

Ədəbiyyat

Dünya

Xəbər lenti

MEDİA

Xarici siyasət

Siyasət

Sülh gündəliyi

12 İyul 10:20

Siyasət

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31