Sülh nə vaxt imzalanacaq?
08.04.2025 [10:27]
İrəvan “vasitəçilər” axtarışında...
2022-ci ildən start götürən sülh təşəbbüsü prosesi demək olar ki, nəticəyə yaxınlaşmaqdadır. Əvvəlki dövrlərdə vasitəçilərin iştirakı ilə aparılan, amma hər hansı bir nəticə verməyən proses 2023-cü ilin sonundan etibarən ikitərəfli təmas halında davam etdi. Bir ildən artıq müddətdə qarşılıqlı müzakirələr nəticəsində artıq sülh sənədinin 17 maddəsinin hər biri razılaşdırılıb - sülhün imzalanmasına cəmisi bir addım qalıb. Ermənistanın bu “bir addım”ı atması bölgədə daimi və əbədi sülhün yaranmasına yol açacaq.
Azərbaycanın mövqeyi qəti və bəllidir
Sülh sənədinin 17 paraqrafının razılaşdırılması olduqca mühüm bir hadisədir - sadəcə olaraq, Ermənistan sülhün əbədiliyinin qorunması üçün bəzi addımlar atmalıdır. Burada söhbət hansısa əlavə şərtdən getmir - Ermənistan prosesin tam həlli üçün bu addımlara getməlidir. Bunun üçün isə İrəvan ATƏT-in Minsk Qrupunun ləğvi və dövlət Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi məsələlərini reallaşdırmalıdır. Aprelin 2-də Prezident İlham Əliyev Almaniyanın dövlət başçısı ilə birgə jurnalistlərin suallarını cavablandırarkən də vurğulayıb ki, birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib - BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində. Münaqişə həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmayıb: “Onsuz da de-fakto bu qrup fəaliyyət göstərmirdi. Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir? Onların sürətli silahlanması, öldürücü silahlar əldə etməsi, bu sahədə onlara əsas yardımçı olan Fransanın onları yeni təxribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. Yəni bu, birinci məsələdir”.
Dövlət başçısı vurğulayıb ki, ikinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır: “Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.
Bəli, Ermənistan üçün sülhə nail olmaq bu iki şərtin yerinə yetirilməsi qədər yaxındır. Yəni sülhün imzalanması vaxtı məhz bu iki şərtin yerinə yetiriləcəyi dövrə təsadüfi edəcək...
Qrononun “arzusu”...
Bununla belə, İrəvan Azərbaycanın haqlı fikirləri ilə razılaşaraq bu addımları atmaq yerinə, yenidən fərqli yollara əl atır. Hətta öz aləmində “diplomatik vasitəçi” müəyyənləşdirərək “arzularını” bakıya çatdırmağa çalışır. Halbuki, bir ildən artıqdır ki, Ermənistan ilə Azərbaycan arasında vasitəçisiz təmas mövcuddur - İrəvan hansısa bir fikrini Bakıya çatdırmaq üçün kimlərinsə “yardımından” istifadə etməyə də bilər. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edərkən qurum rəsmisi sazişin imzalanmasının vacibliyini “vurğulayıb” - Bunun regionda uzunmüddətli sülh və sabitliyə töhfə verəcəyinə əminliyini ifadə edib. Maraqlıdır ki, cəmisi 3 ay öncə Bakıda olan və ən yüksək səviyyədə qəbul edilən, Azərbaycanın mövqeyi ilə tam yaxından tanış olan Maqdalena Qrono nə üçün Ermənistanın hökumət başçısına sülh üçün vacib olan bu addımların atılması haqda məsləhət verməyib? Əgər Ermənistan həqiqətən də “sülhpərvər ölkə”dirsə, nə üçün bu addımları atmır - əksinə, silahlanmanı ən yüksək səviyyədə davam etdirir, hərbi təlimlərini intensivləşdirir, revanşist arzulara birdəfəlik son qoymur. Demək ki, Maqdalena Qrononun “dilindən səsləndirilən” bu “arzu” Ermənistanın “mesajıdır” və İrəvan yenə də sülhü uzatmaq üçün manevrlərə əl atır.
İrəvan köhnə ənənəyə qayıdır - uğursuz “mesaj siyasəti”...
Bu faktı təsdiq edən növbəti bir fakt - Bakıda keçirilən mətbuat konfransı zamanı almaniyalı jurnalistin Prezident Frank-Valter Ştaynmayerə “Ermənistandan Azərbaycana hər hansı mesaj gətirmisinizmi?” sualına cavab olaraq Almaniya Prezidenti “ilk addım müqavilənin hazırlanması, imzalanması, ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsidir. Sonra isə digər problemlər də həll oluna bilər. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq” şəklində cavab verir. Dolayısı ilə Ştaynmayer də Qrononun “təklifini” səsləndirir. Bu amil bir çox mətləblərdən xəbər verir:
- Birincisi, Ermənistan yenə də köhnə adətindən əl çəkməyərək sülh prosesinə hansısa qurumları və ya ölkələri qatmaq niyyətinə düşüb;
- İrəvan özündən sülh göyərçini düzəltməklə guya prosesə sadiq qaldığını göstərməyə çalışır;
- Özünün silahlanmasını ört-basdır etmək üçün sülh sənədini imzalamağa hazır olduğunu irəli sürür.
Halbuki, Ermənistan əgər sülh üçün səmimi şəkildə səy göstərsəydi birinci növbədə ATƏT-in Minsk Qrupunun ləğvində, ölkə Konstitusiyasının dəyişdirilməsində maraqlı olardı. Demək ki, Ermənistanın sülh sağırışları yalnız görüntü xarakteri daşıyır.
Aİ missiyası, Zəngəzur dəhilizi - Ermənistan sülhpərvərdirsə...
Ermənistanın dildə sülh, əməldə isə tamam əks mövqe sərgiləməsinin başqa bir faktoloji sübutu isə razılığın əldə olunduğu halda belə Aİ missiyasının şərti sərhəd zonasından tam yığışdırılmamasıdır. Ermənistan bununla ikili oyununu davam etdirməyə çalışır - bir tərəfdən, özünü sülhsevər mövqedə göstərir, digər yandan isə Aİ-yə yandaşlıq etmək üçün missiyaya göz yumur.
Eyni mövqeni Zəngəzur dəhlizi ilə bağlı da bölüşmək olar. Sülhün zəmininin formalaşdırılmasına rəvac verəcək mühüm bir detal - Zəngəzur dəhilizinin açılması təmin edilməlidir. Sülh prosesi çərçivəsində aktiv müzakirə edilən məsələlərdən biri də məhz Zəngəzur dəhlizidir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradıb. Qeyd edək ki, müzakirə edilən bu dəhliz müasir “Böyük İpək yolu”dur. Başqa sözlə, “Şərq-Qərb” ticarət yolunun ən mühüm seqmentlərindən biri kimi meydana çıxan Zəngəzur dəhlizi adıçəkilən tranzit xətt üzrə mühüm üstünlüklər formalaşdırır. Ən əsası isə bu dəhliz Azərbaycandan Azərbaycana, yəni Naxçıvana ən qısa və optimal yol sayılır. Prezident İlham Əliyev yerli televizayalara müsahibəsində bildirmişdi ki, biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik?: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”.
Bəli, Ermənistan iddia etdiyi kimi sülhpərvərdirsə, irəli sürülən bu məsələlərin həllini tezləşdirməlidir. Amma biz nəyin şahidi oluruq? Ermənistanın siyasi hakimiyyəti bu məsələ üzərindən də spekulyasiya aparır, başqa yollar “təklif” edirlər. Bu mövqe sülh mövqeyi sayıla bilərmi? Təbii ki, yox. Ermənistanın apardığı siyasət sülhün yaxınlaşdırılması yox, daha da uzaqlaşdırılmasıdır...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48

