/ / Prezident İlham Əliyev Tacikistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Tacikistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13.09.2017 [10:11]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Rustam Soliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.
Rustam Soliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib və qeyd edib ki, Tacikistan Prezidenti ilə keçirdiyi görüşlər zamanı əməkdaşlığımızın daha da genişlənməsi ilə bağlı səmərəli müzakirələr aparılıb. İqtisadi əlaqələrimizə toxunan dövlətimizin başçısı ölkələrimizin nəqliyyat sistemləri və müxtəlif istiqamətlərdə yük daşımaları ilə bağlı yeni imkanların olduğunu qeyd edib. Dövlətimizin başçısı deyib ki, humanitar, mədəni sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bu sahələrdə əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyev Rustam Soliyevin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikasında səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Rustam Soliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və yaxın zamanlarda dövlətimizin başçısı ilə görüşmək arzusunu Prezident İlham Əliyevə çatdırıb. Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin bu il qeyd olunacağını deyən səfir ikitərəfli dostluq münasibətlərimizin əsasının Ümummilli lider Heydər Əliyev və Prezident Emoməli Rəhmon tərəfindən qoyulduğunu vurğulayaraq, bu siyasətin bu gün də uğurla davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir və ölkələrimiz BMT, ATƏT, MDB çərçivəsində sıx əməkdaşlıq həyata keçirir.
Görüşdə ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

