Azərbaycan dayanmayacaq!
10.02.2023 [10:25]
Zəngəzur dəhlizi bizim təbii hüqüqumuzdur
Heç kəsdə şübhə yoxdur ki, 44 günlük müharibədən sonrakı mərhələdə Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsi böyük dərəcədə 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın tam şəkildə icrasından asılı olacaq. Vasitəçi dövlət olan Rusiyanın iştirakı ilə imzalanan həmin sənəddə müharibə tərəfləri olan qalib Azərbaycanla məğlub Ermənistan üzərlərinə müəyyən öhdəliklər götürüblər. Bu öhdəliklər yerinə yetirilməlidir. Məsuliyyətli dövlət olan Azərbaycan postmüharibə mərhələsində üçtərəfli Bəyanata, bütövlükdə, sülhyaratma prosesinə sadiqlik nümayiş etdirir. Ermənistan barəsində isə bunu demək mümkün deyil. Məğlub ölkə öhdəliklərindən yayınmaq məqsədilə müxtəlif məzmunlu manipulyasiyalara əl atır, qeyri-məqbul şərtlər irəli sürür, bununla da sülh prosesini dalana çəkməyə çalışır. Ermənistan hakimiyyətinin havadarlarının dəstəyindən ruhlanaraq yerinə yetirməkdən yayınmağa çalışdığı məsələlərdən biri də üçtərəfli Bəyanatın 9-cu bəndi ilə bağlıdır.
9-cu bənddə nə deyilir?
Sənədin 9-cu bəndində oxuyuruq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.
Sənəddə hər şey aydın yazılıb. Yaradılması nəzərdə tutulan kommunikasiya marşrutu nəqliyyatın bütün seqmentlərini əhatə etməlidir. Ermənistan ərazisindən Naxçıvanadək həm avtomobil, həm dəmir yolu çəkilməsi təmin edilməlidir. Daşımalar həmçinin hava nəqliyyatı ilə həyata keçirilə bilər. 9-cu bənddə söhbət iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından gedirsə, burada həmçinin elektrik enerjisinin nəqli marşrutunun yaradılması da tam realdır.
Qeyd edək ki, sonradan Prezident İlham Əliyev ərazinin tarixi adına uyğun olaraq bəhs olunan marşrutu Zəngəzur dəhlizi adlandırdı və bu termin beynəlxalq səviyyədə qəbul olundu. Zəngəzur dəhlizinin açılması bir sıra nöqteyi-nəzərdən böyük önəm daşıyır. Burada əlbəttə ki, ilk növbədə Azərbaycanın maraqları təmin olunacaq. Ölkəmizin tranzit imkanları genişlənəcək, Naxçıvanın blokadasına son qoyulacaq. Yeni marşrutun aktuallığını şərtləndirən amillər sırasında onun region üçün əhəmiyyətini xüsusi qeyd edə bilərik. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısı çox doğru olaraq Transxəzər (Orta Dəhliz) marşrutunun davamı kimi səciyyələndirilir. Qazaxıstan və Çin sərhədlərindən başlayan Transxəzər marşrutu respublikamızın ərazisində Zəngəzur dəhlizinə inteqrasiya ediləcək. Beləliklə, uzaq coğrafiyalardan gələn böyük həcmlərdə yüklər Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan isə Türkiyə vasitəsilə Avropaya ötürüləcək. Ekspertlər regionda cərəyan edən proseslər fonunda Zəngəzur dəhlizi ilə daşımalara böyük ehtiyac yaranacağını bildirirlər. Bu dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək.
Azərbaycanın dəyişməz, israrlı mövqeyi
Üçtərəfli Bəyanata 9-cu bəndin salınması bilavasitə Prezident İlham Əliyevin təkidi ilə baş tutub. Bu dəhlizin yaradılması ölkəmizin tarixi, milli və strateji maraqlarına tam cavab verir. Buna görə də Azərbaycan dəhlizin açılmasına davamlı şəkildə israrlı mövqe sərgiləyir. Prezident İlham Əliyev dəfələrlə belə bir qəti fikri ifadə edib ki, Zəngəzur dəhlizi Ermənistanın istəyindən asılı olmayaraq mütləq açılacaq. Dövlətimizin başçısı bir qədər bundan əvvəl yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində Zəngəzur dəhlizindən danışaraq vurğulayıb: “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”.
Qətiyyətli siyasi iradə ortaya qoyan Azərbaycan, həmçinin Zəngəzur dəhlizinin yaradılması üçün praktiki müstəvidə genişmiqyaslı işlər görür. Belə ki, ölkəmizin ərazisində zəruri infrastrukturun qurulması üçün müxtəlif layihələr reallaşdırılır. Bu layihələr yeni marşrutun həm avtomobil, həm də dəmir yolu seqmentlərini əhatə edir. Artıq avtomobil yolunun qurulmasında işlərin 70 faizi, dəmir yolu seqmenti üzrə isə 40 faizi tamamlanıb. Eyni zamanda, hazırda Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya inşa olunur. Müharibədə işğaldan azad edilmiş ərazilərimizin yaşıl enerji potensialı böyükdür. Həmin ərazilərdə bərpaolunan mənbələrdən alınacaq yaşıl enerji sözügedən stansiyada adi enerjiyə çevriləcək. Layihənin reallaşacağı təqdirdə Naxçıvanla Türkiyə arasındakı sərhəddə daha bir stansiya tikilməlidir. Eyni zamanda, Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir. Göründüyü kimi, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planları kifayət qədər genişdir.Türkiyənin dəstəyi
Qardaş Türkiyə 44 günlük müharibədə olduğu kimi, postmüharibə mərhələsində də Azərbaycanın yanındadır. Hazırda bu ölkənin çoxsaylı şirkətləri işğaldan azad edilmiş ərazilərdə zəruri infrastrukturun qurulmasında xüsusi fəallıq göstərirlər. Eyni zamanda, Türkiyə Zəngəzur dəhlizinin yaradılmasına ən yüksək səviyyədə dəstək göstərir. Prezident R.T.Ərdoğan ölkəsinin yanaşmasını dəfələrlə diqqətə çatdırıb.
Bu xüsusda, həmçinin Türkiyənin milli müdafiə naziri Hulusi Akar danışıb. O, Qarsda keçirilən “Qış təlimi-2023”-ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib ki, Zəngəzur dəhlizi və ondan keçəcək dəmir və avtomobil yolları region üçün iqtisadi, sosial həyat və təhlükəsizlik baxımından çox dəyərlidir: “Ermənistan tərəfindən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzatdığı sülh əlini tutmaq vacibdir. Başqalarından təsirlənərək xəyal qurmağın mənası yoxdur. Gəlin faktlara baxaq. Ağlabatan şərtlərlə müqavilə bağlayaq, sülhü, sabitliyi təmin edək, rahat, dinc yaşayaq. Biz Ermənistandan bu fürsətdən istifadə etməsini istəyirik”.
Zəngəzur və Laçın dəhlizlərində eyni prinsiplər tətbiq olunacaq
Üç onillik ərzində apardığı işğalçılıq siyasəti ilə regionda təhlükəsizliyə və sülhə təhdidlər yaradan Ermənistan postmüharibə dövründə də özünün destruktiv mövqeyindən geri çəkilmək istəmir. Üçtərəfli Bəyanata imza atan Nikol Paşinyan indiyədək Zəngəzur dəhlizi ilə bağlı bir-biri ilə uyğunluq təşkil etməyən cəfəng iddialar səsləndirib. Məlum Bəyanatın imzalanmasından təxminən iki il vaxt ötməsinə baxmayaraq, məğlub ölkə hələ də yeni marşrutun yaradılması istiqamətində əməli işlərə start verməyib.
Zəngəzur dəhlizinin yaradılmasına əngəllər yaradan Ermənistan hökumətinin təmsilçiləri, həmçinin Laçın dəhlizi ilə bağlı cəfəng fikirlər söyləyirlər. Məsuliyyətli dövlət olan Azərbaycan Laçın dəhlizinin funksionallığını təmin edir. Qeyd edək ki, ölkəmiz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizi üçün alternativ marşrutun yaradılmasını qısa müddətdə təmin edib. Ancaq Ermənistanın niyyəti və mövqeyi heç bir sağlam məntiqə sığmır. Laçın dəhlizi üzərində Azərbaycanın nəzarətini istisna edən Ermənistan Zəngəzur dəhlizi üzərində sərhəd keçidi və gömrük nəzarəti məntəqələrinin yaradılmasının zəruriliyini əsaslandırmağa çalışır. Belə ədalətsiz yanaşmanın hansısa bir izahı varmı? Ermənistan rəsmilərinin Azərbaycanın ekofəallarının Xankəndi-Laçın yolunda dinc aksiya keçirmələrini beynəlxalq ictimaiyyətə “ermənilərin blokadaya alınması” kimi təqdim etmələrinin də hər hansı bir əsası yoxdur. Ekofəalların yolu bağlamaq kimi bir niyyətləri yoxdur. Aksiya iştirakçılarının tələbi odur ki, ermənilər ərazilərimzdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına, ekologiyaya ziyan vurulmasına son qoysunlar. Ermənistan rəsmiləri beynəlxalq ictimaiyyəti aldadaraq Qarabağda yaşayan ermənilərin blokadaya alındığından danışırlar. Bəs onlar nə üçün Naxçıvanın blokadaya alınmasını yada salmırlar? Təxminən 30 ildir ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru yolu bağlanıb, əlaqələr yalnız hava nəqliyyatı ilə mümkündür. Bu yerdə beynəlxalq təşkilatların tribunalarında dəsmal götürüb göz yaşı tökən ermənilərin insafına və ədalətinə nə deyəsən? Görünür ki, bu hisslər onlarda yerli-dibli yoxdur. Laçın dəhlizi humanitar məqsədlər üçün həmişə açıq olub və bundan sonra da açıq olacaq. Ancaq buradan minaların, silahların daşınmasına, çağırılmamış qonaqların keçidinə imkan verilməyəcək. Bundan başqa, Zəngəzur dəhlizi hansı rejimdə işləyəcəksə, Laçın dəhlizində də həmin rejim tətbiq ediləcək.
Kürkünə birə düşən Ermənistan
Zəngəzur dəhlizinin yaradılması ilə bağlı Azərbaycanın israrlı mövqe sərgiləməsi Ermənistan cəmiyyətinin kürkünə birə salıb. Son vaxtlarda burada böyük ajiotaj yaşanır. Xüsusilə də Zəngəzur dəhlizinin keçəcəyi ərazilərə yaxınlıqda yerləşən yaşayış məntəqələrinin sakinləri öz evlərini ucuz qiymətə sataraq bu yerləri birdəfəlik tərk etməyə çalışırlar. Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bu ölkə üçün heç də xoş olmayan proqnozlarını açıqlayıb. “Siz Azərbaycanın hansı yolla Zəngəzur dəhlizini açacağını soruşursunuz. Bu haqda üçtərəfli bəyannamənin 9-cu maddəsində yazılıb. Orada Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yeni yolun tikilməli olduğu yazılıb. Üstəlik, yolu Ermənistan özü tikməlidir və sənəddə maneəsiz hərəkətdən bəhs edildiyini unutmayın”, - deyə sabiq hökumət başçısı yerli mediaya açıqlamasında vurğulayıb. Baqratyan Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağına əminliyini dilə gətirib: “Bu gün Rusiya Paşinyandan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Bütün bunlar əldə olunan razılaşmaların tərkib hissəsidir. ABŞ və Fransaya gəldikdə isə onlar dəqiq şəkildə bu dəhlizin əleyhinə deyillər. Nikolun avropalı müşahidəçiləri dəvət etməsinin də heç bir yaxşı nəticəyə gətirib çıxarmayacağı faktdır. Ermənilər veyillənən avaraya çevriləcək. Bəs bizi yaxın gələcəkdə nə gözləyir - yaxşı heç nə!”
Sabiq baş nazirə görə, Laçın dəhlizini Paşinyan özü bağlayıb. “Azərbaycan Naxçıvana dəhliz tələb edir. Bu haqda üçtərəfli Bəyanatda yazılıb. Azərbaycan əlbəttə ki, Naxçıvana yolu açacaq. Amma Qarabağda 3-4 ilə bir nəfər də olsun erməni qalmayacaq. Bu gün Qafan və Cermukda (İstisu - red.) insanlar evlərini satırlar. Bu o deməkdir ki, Zəngəzurda da bir nəfər də olsun erməni qalmayacaq”, - deyə Baqratyan əlavə edib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49

