Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bizim Mehriban!

Bizim Mehriban!

26.08.2023 [10:00]

Azərbaycan xalqının mental dəyərlərindən, dünyagörüşündən edilən yaxşılığı, əməl-saleh işləri yüksək dəyərləndirmək qırmızı xətt kimi keçir. İnsanlar onlara göstərilən xoş münasibəti, qayğı və diqqəti minnətdarlıq hissi ilə qəbul edir və bunu heç vaxt unutmurlar. Bu mənada xalqımızın  - yaşlı nəslin də, gənclərin də, uşaq və yeniyetmələrin də Azərbaycanın Birinci vitse-prezidenti, Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya “Bizim Mehriban” deyə müraciət etmələri təsadüfi deyil. “Mehriban” adını daşıyan birinci xanım həyatda, başqaları ilə ünsiyyətdə də mehribandır, uşaqlara, həssas qruplardan olan insanlara münasibətdə xüsusi qayğı, nəvaziş nümayiş etdirir. Biz onun timsalında zərif , xeyirxah, eyni zamanda məqsədləri uğrunda fədakarlıqlar göstərən Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Ənənəvi olaraq belə bir qənaət formalaşıb ki, birinci xanımlar bütün qayğılardan uzaqdırlar və onlarla sıravi insanlar arasında keçilməz “Çin sədləri” var. Birinci xanım Mehriban Əliyevanın timsalında isə biz ənənəvi təsəvvürlərdən uzaq olan tamam fərqli bir mənzərənin şahidi oluruq. O, heç bir halda özünü cəmiyyətdən ayırmır, daim ziyalılarla, sıravi vətəndaşlarla, gənclərlə, könüllülərlə, uşaqlarla ünsiyyətə can atır. Aydın şəkildə hiss olunur ki, o məhz belə məqamlarda özünü xoşbəxt sanır. Biz artıq öyrəşmişik: Harada ki, çətinliklər var, nə zaman ki, milli mədəniyyətimizə qayğı tələb olunur, kiminsə haqqı tapdalanır, Azərbaycanın haqq səsini dünyada ucaltmaq lazımdır...məhz belə yerlərdə və həssas məqamlarda biz birinci xanım Mehriban Əliyevanı görürük. O, operativ qaydada köməyə çatması, təsəlli verməsi, arxa-dayaq durması ilə milyonların narahatlığına son qoyur. Mehriban xanımı mənən ölkə vətəndaşlarına yaxınlaşdıran, insanların sevimlisinə çevirən  onun xarakterinin üstün keyfiyyətləri, şəcərədən gələn kübarlığı və əlbəttə ki, çoxşaxəli fəaliyyətidir. Mehriban xanım Əliyeva Azərbaycanda birinci xanım institutunun orijinal və çox funksional bir modelini formalaşdırmağa nail olub.

Heydər Əliyev Fondunun ölkənin ictimai həyatının bütün sahələrini əhatə edən çoxşaxəli fəaliyyəti Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxsahəli fəaliyyətə nəzər yetirmək gərəkdir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub.

Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək göstərməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.

Dövlət-cəmiyyət tərəfdaşlığının gözəl nümunəsi

Biz Mehriban xanımın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin timsalında dövlət-cəmiyyət tərəfdaşlığının gözəl nümunəsini görürük. Bir sıra hallarda Fond dövlətin apardığı siyasətə əlavə impuls verir, digər hallarda isə qurumdan, şəxsən Mehriban xanım Əliyevadan gələn təşəbbüslər və başlanan işlər dövlət tərəfindən dəstəklənərək irəli aparılır. Prezident İlham Əliyev respublikamızda neft kapitalının insan kapitalına çevrilməsi siyasətini bəyan edib. Buna uyğun olaraq Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin icrasına start verdi. Sonradan Prezident İlham Əliyevin də məmnunluqla vurğuladığı kimi, bu, dövlət proqramına çevrildi. Belə faydalı əməkdaşlıqdan qazanan isə təhsilimizdir, böyüməkdə olan nəsildir. İndiyədək respublikamızda təxminən 3500 məktəb tikilərək istifadəyə verilib ki, onların da bir çoxunun inşası məhz Heydər Əliyev Fondunun xətti ilə təmin edilib.

İndiyədək Mehriban xanım Əliyeva respublikamızın ev sahibliyi etdiyi bir neçə mötəbər beynəlxalq tədbirin təşkilat komitəsinə rəhbərlik edib. Bu sırada “Eurovision-2012” mahnı müsabiqəsini, Birinci Avropa Oyunlarını, IV İslam Həmrəylik Oyunlarını qeyd edə bilərik. Azərbaycanın belə geniş əhatə dairəsinə malik beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində təcrübəsi az idi. Qısa müddətdə zəruri infrastruktur qurulmalı idi. Lakin təcrübə az olsa da, təşkilat komitələrinin rəhbəri Mehriban xanım Əliyevanın böyük ürəyi və məsuliyyəti var idi.

Hər üç mötəbər tədbirə hazırlıq işləri, necə deyərlər, gecə-gündüz fasilə verilmədən aparıldı. Həmin günlərdə paytaxtımıza qaynar bir ab-hava, coşqu hakim kəsilmişdi. Hər kəs Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən hazırlıq işlərindən qürur duyur və buna öz töhfəsini verməyə çalışırdı.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitələri mötəbər tədbirlərə hazırlıq işlərini qısa müddətdə başa çatdırdılar. Bütün layihər incə zövqlə və peşəkarlıqla icra olundu. Respublikamız reallaşdırdığı hazırlıq işləri ilə dünya üçün bir növ yeni standartlar müəyyənləşdirdi. Tədbirlərin yüksək səviyyədə başa çatması Azərbaycanın necə güclü, qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan həqiqətlərinin dünyada tanıdılması

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Heç də təsadüfi deyil ki, Fondun yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə keçmiş Dağlıq Qarabağ probleminin kökləri və səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur.

Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri ucaldılıb.

Humanizmin təntənəsi

Mehriban xanım Əliyeva bayramlarda bir qayda olaraq xüsusi qruplardan olan uşaqların əhatəsində olur, onlar üçün klonların , sevilən müğənnilərin iştirakı ilə şənliklər təşkil edir, internat məktəblərinə baş çəkir, səhiyyə ocaqlarına gələrək daun sindromlu, talassemiyalı xəstələri yoluxur. Onun ana nəvazişinə həsrət qalan uşaqlar üçün tort bişirib hədiyyə etdiyi də minnə?darlıq hissi ilə xatırlanır. İndiyədək

Heydər Əliyev Fondunun icra etdiyi təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 40-dan çox internat və uşaq evi yenidən qurulub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə “Məzun evi” tikilərək uşaq evləri və internat məktəblərinin məzunu olan gənclərin istifadəsinə verilib. Bütövlükdə bu binalarda 365 gənc hər cür rahatlığı olan mənzillərlə təmin olunub.

Mehriban xanım Əliyeva daim özündə xeyirxahlığı, humanizm dəyərlərini ehtiva edən təşəbbüslər irəli sürür. İndiyədək onun təşəbbüsü ilə bir neçə dəfə amnistiya aktı qəbul olunub. Əsasən əlamətdar tarixlər, milli bayramlarımız ərəfəsində qəbul olunan bu amnistiya aktlarının icrası nəticəsində 40 minə yaxın məhkum müxtəlif növ cəzalarından azad edilib. Bütün bunlarla Mehriban xanım Əliyeva cəmiyyətə humanizm mesajları ötürür, insanlara mərhəmətli olmağa, başqalarının ağrı-acısını, kədərini özününkü kimi qəbul etməyə, xoş günlərin sevincini paylaşmağa çağırış edir. Məhz bu nümunədə həyat gözəldir və yaşamağa dəyər! Azərbaycan xalqının çoxəsirlik həyat tərzi belə ənənələr əsasında formalaşıb. Ənənələrimiz yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır.

Milli mədəniyyətimizin inkişafına və dünyada təbliğinə xüsusi diqqət

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri xüsusi olaraq vurğulamaq lazımdır. Çünki Azərbaycanın birinci xanımı ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Milli mədəniyyətimizin ən mühüm qollarından olan muğam sənəti məhz Mehriban xanım Əliyevanın xüsusi diqqəti sayəsində hazırda özünün yeni bir intibah dövrünü yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan albomlar, mütəmadi olaraq keçirilən festivallar, Bakıda və bölgələrdə yaradılan mərkəzlər respublikamızda muğama böyük maraq oyadıb. Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Mehriban xanım Əliyeva 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Jurnal dünyanın onlarla ölkəsində bir neçə dildə yayımlanıb.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələr sırasında “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisini isə xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2012-ci ilin yanvarında Londonda açılan bu sərgi iki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada da təşkil edilərək yerli sakinlərin böyük marağını cəlb edib.

Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir. Bundan başqa, Azərbaycanın birinci xanımı çoxşaxəli və səmərəli fəaliyyəti ilə mədəniyyətlərarası dialoqun təşviqinə fundamental töhfələr verir.

Birinci vitse-prezidentlik institutu

Respublikamızda 2016-cı il sentyabrın 26-da Konstitusiya islahatları ilə bağlı keçirilən referenduma əsasən dövlət idarəçiliyində yeni təsisat-Birinci vitse-prezidentlik institutu yaradılıb. Çox haqlı olaraq dövlət idarəçiliyində Birinci vitse-prezidentlik institutunun formalaşdırılması Azərbaycanın müasir simasının yeni bir əlaməti, respublikamızın çatdığı inkişaf səviyyəsinin meydana çıxartdığı obyektiv zərurət kimi dəyərləndirilir. Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın dövlət idarəçiliyinin ölkəmizin inkişaf səviyyəsinə uyğun surətdə təkmilləşdirilməsinin zəruriliyinə verdiyi böyük önəmi ifadə edir. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Ötən dövrdə Birinci vitse-prezidentin komandası formalaşıb və uğurla fəaliyyət göstərməkdədir.

Bəs yeni mərhələdə dövlət idarəçiliyi baxımından strateji önəm daşıyan Birinci vitse-prezident vəzifəsinə nə üçün məhz Mehriban xanım Əliyeva təyinat aldı? Yenə də sualın cavabını Mehriban xanım Əliyevanın həyatının indiyəqədərki mərhələsində Azərbaycan naminə gördüyü böyük miqyaslı işlərdə axtarmaq lazımdır. Biz yuxarıda həmin işlərin bir qisminə nəzər saldıq. Çoxşaxəli məhsuldar fəaliyyəti Mehriban xanım Əliyevaya həm cəmiyyətdə, həm də ölkə rəhbərliyi səviyyəsində böyük inam formalaşdırıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək belə deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Həssas təbəqələrdən olan insanlara qayğı yeni vəzifədə də Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Heç təsadüfi deyildir ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində də ilk müşavirəsini cəmiyyətin həssas təbəqəsinin problemlərinə-Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Birinci və İkinci Qarabağ müharibəsi qazilərinin yüksək səviyyəli protezlərlə təmin olunması təşəbbüsü ilə çıxış edib. Hazırda müvafiq proqram uğurla həyata keçirilməkdədir.

Mehriban xanım Əliyeva Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasına böyük həssaslıqla yanaşır. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu üç onilliyi əhatə edən işğal dövründə erməni vandalları tərəfindən dağıdılan, təhqirlərə məruz qalan dini abidələrin, məscidlərin bərpasını öz üzərinə götürüb. Layihənin icrası çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı ayrı-ayrı ünvanlarda bərpa işlərinin gedişi ilə şəxsən tanış olublar və özlərinin dəyərli tövsiyələrini veriblər. Layihə ilə bağlı “İnstaqram” səhifəsində paylaşım edən Mehriban Əliyeva vurğulayıb: “Əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar”.

Yüksək mükafatlar ona dəlalət edir ki...

Mehriban xanım Əliyevanın respublika daxilində və ölkə hüdudlarından kənarda həyata keçirdiyi çoxşaxəli fəaliyyət yüksək mükafatlara layiq görülüb. Bu mükafatlar Rusiyadan, Polşadan, Serbiyadan, Pakistandan, Küveytdən və digər ölkələrdən, eləcə də nüfuzlu beynəlxalq təşkilatlardan gəlib. Bu mükafatlar ona dəlalət edir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti, həyata keçirdiyi missiya bütün dünyada təqdir edilir və yüksək qiymətləndirilir.

Mehriban xanım Əliyeva həmçinin doğma Azərbaycanın ali mükafatlarına layiq görülüb. O, belə mükafatlardan biri ilə Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə təltif olunub. Belə ki, Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31