Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Argentinanın elm, texnologiya və produktiv innovasiya nazirini qəbul edib

Prezident İlham Əliyev Argentinanın elm, texnologiya və produktiv innovasiya nazirini qəbul edib

03.11.2011 [20:14]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonu qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Argentina arasında fəal əməkdaşlığın yaradıldığını vurğulayıb. Latın Amerikası ölkələrindən ilk dəfə Argentina Respublikasında Azərbaycan Respublikası səfirliyinin açıldığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, regional əməkdaşlığın inkişaf etdirilməsi üçün ölkələrimiz bir-birlərinin  imkanlarından istifadə etməlidir. Lino Baranaonun Argentina Respublikasından Azərbaycana səfər edən ilk nazir olduğunu vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Nazir Lino Baranao Azərbaycana ilk dəfə səfər etdiyini və ölkəmizdə böyük iqtisadi inkişafın şahidi olduğunu deyib. Azərbaycanın strateji bir mövqedə yerləşdiyini vurğulayan nazir ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələri qurmağa böyük önəm verdiyini bildirib.
Paylaş:
Baxılıb: 989 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30