Azərbaycan hədəfə çevrilməyəcək!
20.10.2023 [10:58]
Gedəni saxlamaq olmaz...
Azərbaycan dünyada fərqli standartlar, ədalətsiz yanaşmalarla üz-üzə qalan azsaylı dövlətlərdəndir. Hətta Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrlərdə belə ölkəmizə qarşı beynəlxalq hüquqdan kənar münasibətləri az görməmişik. Ermənistanın BMT TŞ-nın 4 qətnaməsini icra etmədiyi, Avropanın bu gün ermənipərəst mövqedən çıxış edən təşkilatlarının qərarlarını və sənədlərini saya salmadığı, beynəlxalq aləmin çağırışlarına məhəl qoymadığı günlərdə belə İrəvanla bağlı hər hansı bir faktiki əməli prosesin şahidi olmamışıq - tam əksinə, adıçəkilən qurumlar və dövlətlər məsələni görməzdən gəlməyə çalışıb, bir milyona yaxın azərbaycanlınını taleyinə qarşı biganəlik nümayiş etdirib, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyub. İndiki halda - Azərbaycanın öz səyi və gücü ilə BMT TŞ qətnamələrinin icrasını, eyni zamanda, özünün ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi, beynəlxalq hüquqa və ölkə qanunvericiliyinin tələblərinə əsasən sərhədləri daxilində separatçı meylləri aradan qaldırdığı bir zamanda adını “demokrtik dünya” qoymuş bir neçə dövlət və təşkilat ölkəmizə qarşı təzyiq kampaniyası formalaşdırmağa çalışır. Maraqlıdır ki, bu təşkilatların və ölkələrin qəbul etdiyi “qətnamələrdə” və ya “bəyanatlarda” yer alan “tələblərə” baxdıqda bir məsələ ilk baxışdan diqqəti cəlb edir - həmin “sənədlərdə” yer alan tezislər, fikirlər, istəklər eyni “siyasi mətbəxin” məhsuludur. Bu isə onu deməyə əsas verir ki, bu “mövqe” həmin ölkə və ya təşkilatların səmimi mövqeyi deyil - bu mövqe erməni lobbisinin təsiri altında hazırlanmış və “qəlibə salınmış” bir kampaniyanın tərkib hissəsidir.
Sülhə mane olan qərəzli mövqe...
Yeri gəlmişkən, Avropa Parlamentinin və AŞPA-nın ardından Avropa İttifaqı (Aİ) da 2023-cü il oktyabrın 18-də anti-Azərbaycan bəyanatla “gündəmə gəldi”. Təbii ki, Aİ ölkələri ilə Azərbaycan arasında mühüm və çoxşaxəli əlaqələr danılmazdır - hətta Aİ rəsmən Azərbaycanın regionun enerji təminatındakı xüsusi rolunu daima qiymətləndirir. Bununla belə, Qarabağa münasibətdə tutulan mövqe ədalətli və anlaşılan deyil. Bu mövqenin arxasında qaranlıq maraqların, hətta biznes maraqlarının belə dayanması istisna olunmur. Aİ-nin “sənədi” qərəzlidir, ayrı-seçkilik xarakteri daşıyır, sülhə mane olur və Ermənistanın törətdiyi müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə haqq qazandırır. Bu, kimi haqsız mövqe isə özünü demokartiyanın keşikçisi elan etmiş bir regionun ən ali təşkilatlarından birinə yaraşmır - ən əsası isə Aİ-nin də Fransanın təsiri altında ermənipərəst maraqların əsirinə çevrilməsi qəbuledilməzdir. Qarabağın erməni sakinlərinin guya “etnik təmizləmə”yə məruz qaldığını iddia edənlər unutmamalıdır ki, bu yalan Fransa-Ermənistan cütlüyünün beynəlxalq aləmə sırımağa çalışdığı əsassız bir iddiadır. Azərbaycan dövləti hər zaman bəyan edib ki, Qarabağın erməni sakinləri bu regionda qalaraq yaşamağı davam etdirə bilərlər. Hətta lokal antiterror tədbirlərindən sonra reinteqrasiya proqramı təqdim edən Azərbaycan Qarabağın erməni sakinlərinin dövlətimizin qanunvericiliyi əsasında Azərbaycan torpaqlarında yaşamını davam etdirə biləcəyini önə çəkib - regionu tərk edənlər, öz xoşu və arzusu ilə Ermənistana keçməyə üçtünlük verənlərə isə rahat şərait yaradılıb. Onlar heç bir təzyiqə və ya təsirə məruz qalmadan Ermənistana keçirlər. Təbii ki, bu da onların müstəsna hüququdur - Azərbaycan heç kimə get demədiyi kimi, heç kimi də torpağımızda qalmağa məcbur edə bilməz. Gedəni saxlamaq olmaz...
Cinayətkara “amnistiya” tələb edənlər...
Digər tərəfdən, Aİ çoxsaylı hərbi cinayətlər törətmiş ermənilərə “amnistiya tələbi” səsləndirir. Bu da absurd bir tələbdir. Bu gün Azərbaycanın ədalət mühakiməsinə cavab verən şəxslər vaxtilə günahsız insanların kütləvi şəkildə öldürülməsində, Azərbaycan qanunlarının pozulmasında, separatizmdə günahlandırılırlar. Onların qanun qarşısında cavab vermələri ən böyük ədalətdir. Haqqı və ədaləti, ədalətli mühakiməni özünün sadiq prinsipi elan etmiş Avropa niyə ermənilərə münasibətdə öz ənənələrinə xəyanət edir? Nə üçün, vaxtilə keçmiş Yuqoslaviya ərazisində, Serbiyada və digər regionlarda kütləvi qırğınlar törədən şəxslər bu gün zindandadır, amma əli azərbaycanlıların qanına batmış separatçılara münasibətdə “amnistiya” “tələbi” irəli sürülür? Bu, hansı ədalətin göstəricisidir... Və ya bu ikili standart “hansı zərurətdən” irəli gəlir.
Həqiqət və faktları özündə əks etdirmir...
Qeyd edildiyi kimi, artıq kampaniya halına gətirilmiş anti-Azərbaycan mövqeyi Avropa üçün gülünc təbliğat macərasına çevrilir. Kənar müşahidədən bu “kampaniyanın” zorən tətbiq edildiyi bəlli olur - erməni lobbisinin təzyiqi altında ayrı-ayrı dövlətlərin irəli sürdüyü “bəyanatlar”da yer alan müddəalar eyni qəlibdən çıxıb. Məsələn, Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatası, İspaniya Senatı, Avstraliya hökuməti, Frankofoniya təşkilatının və digər təşkilat və ölkələrin “tələb və arzuları” ermənipərəst mahiyyəti əxz edir.
Bu məsələdə, Fransanın “rolu” xüsusidir. İllərdir ölkəmizə qarşı hətta düşmənçilik səviyyəsində münasibət bəsləyən rəsmi Paris dəfələrlə beynəlxalq hüquq kodekslərini ayaqlar altına alıb - hətta Fransanın siyasi rəhbərliyi səviyyəsində separatizmə açıq rəyin ifadə olunması hallarının belə şahidi olmuşuq. İndiki halda da, Parisin təsiri və bəlkə də təzyiqi ilə anti-Azərbaycan kampaniyasının “sərhədlərinin” süni şəkildə “genişləndirildiyini” görürük. Təbii ki, bu da qəbuledilməzdir. Ən çətin, həssas dövrlərdə belə Azərbaycan qlobal təşəbbüsləri ilə beynəlxalq aləmin təhlükəsizliyinin təmin olunmasına töhfə vermiş bir ölkədir. Bu gün İspaniya və ya Niderland kimi ölkələrin “Qarabağ ermənilərinin hüquqları” kontestində irəli sürdükləri qərəz dolu fikirlər Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktları özündə əks etdirmir - bunun səbəbi isə regionla bağlı, son proseslərlə bağlı mənbələrdən istifadə edilməməsidir. Bu kimi ölkələr və ya təşkilatlar Fransa və Ermənistanın apardığı yalançı təbliğata “əsaslanırlar”. Bu isə nəticə etibarı ilə yalan və qərəz dolu mövqenin ortaya çıxmasını şərtləndirir.
Azərbaycan “etnik təmizləmə” törətməyib - tam əksinə, 30 ilə yaxın bir milyonadək vətəndaşı etnik təmizləməyə məruz qalıb. Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində 30 ilə yaxın Azərbaycanın 20 faizədək əraziləri işğal altında saxlanılıb, dağıdılıb. 44 günlük vətən müharibəsindən sonra öz azadlığına qovuşmuş həmin ərazilərə səfər edən xarici ölkə səfirliklərinin nümayəndələri erməni vəşhiliklərini öz gözləri ilə görüblər. Bu ona dəlalət edir ki, Azərbaycana qarşı təbliğat aparan dövlət və təşkilatlar qərəzi və yalanı əsas götürüblər. Amma bu kimi yollarla nə Ermənistanın, nə də havadarlarının Azərbaycana hər hansı bir təsir etmək imkanları yoxdur. Azərbaycan hədəfə çevrilməyəcək. Çünki Azərbaycan beynəlxalq aləmin ən yaxın, etibarlı və apardığı siyasəti bəyənilən tərəfdaşlarındandıar. Fransa və ətrafının özünü “beynəlxalq aləm” kimi qələmə vermək cəhdi isə nöabəti dəfə fiaskoya məhkumdur...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03

