/ / AZƏRTAC-ın birinci Avropa Oyunlarından çəkəcəyi fotolar TASS agentliyinin fotoinformasiya lövhələrində nümayiş olunacaq
AZƏRTAC-ın birinci Avropa Oyunlarından çəkəcəyi fotolar TASS agentliyinin fotoinformasiya lövhələrində nümayiş olunacaq
10.06.2015 [09:10]
Belarusun paytaxtı Minskdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XX iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə Rusiyanın TASS, Belarusun BelTA, Qazaxıstanın Kazinform, Tacikistanın “Xovar”, Qırğızıstanın “Kabar” və digər informasiya agentliklərinin rəhbərləri qatılıb. İclasda AZƏRTAC-ın baş direktoru Aslan Aslanov iştirak edib.
Belarus Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini İqor Buzovski agentlik rəhbərlərini XX yubiley iclasının keçirilməsi münasibətilə təbrik edib. O, Şuranın MDB məkanında informasiya mühitinin yaranmasında, ümumi dəyərlərin qorunub saxlanmasında, xalqlar arasında dostluğun gücləndirilməsində səmərəli fəaliyyət göstərdiyini qeyd edib. İ.Buzovski bildirib ki, MDB ölkələri arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi dövlətlərin tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verir.
MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının sədri, TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov Şuranın həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Birlik agentliklərinin fotoları əsasında Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA) saytında Qələbənin 70 illiyinə həsr olunmuş fotoalbomun yaradıldığını deyib, TASS agentliyinin bu mövzuda reallaşdırdığı tədbirlərdən danışıb.
İclasda AZƏRTAC və TASS agentlikləri birinci Avropa Oyunları günlərində yarışlardan çəkiləcək fotoların TASS-ın binası boyunca yerləşdirilən fotoinformasiya lövhələrində nümayiş olunması ilə bağlı razılığa gəliblər. Oyunların açılış mərasimindən başlayaraq AZƏRTAC-ın fotoları bu lövhələrdə Moskva sakinlərinə təqdim olunacaq. Eyni zamanda, hər iki agentlik fotomüxbirlər üçün təlimlərin təşkil edilməsini razılaşdırıb.
İclasda MDB ölkələrinin informasiya agentlikləri arasında fotoların qarşılıqlı mübadiləsi, ANİA-nın saytının təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

