“Bu kiçik qələbəmizi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edirik”
27.02.2018 [09:55]
Azərbaycan güləşçiləri Ukraynanın paytaxtı Kiyevdə keçirilən XXII beynəlxalq turnirdə uğur qazanıblar
Xəbər verildiyi kimi, Ukraynanın paytaxtı Kiyevdə görkəmli güləşçi və məşqçilərin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir başa çatıb. 37 ölkədən 500-dək idmançının iştirak etdiyi turnirdə yığma komandamızın üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə yığmamız turniri 4 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıblar. İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) isə yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətləniblər. Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) turnirin bürünc medalına sahib olublar.
Sərbəst güləşçilərimiz isə 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olublar. Bürünc medalı isə yığmamıza Əfqan Xaşalov (57 kq) qazandırıb.
Qadın güləşçilərimiz turnirdə 1 qızıl, 1 gümüş və 1 bürünc medala layiq görülüblər. Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə uduzan İrina Netreba (65 kq) gümüş medalla kifayətlənib. Alyona Kolesnik (57 kq) isə yarışı üçüncü pillədə başa vurub.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov güləşçilərimizin ilin əvvəlindən hazırlıqlarını maksimum keyfiyyətlə başa vurduqlarını və qarşıdan gələn yarışlarda da uğurla çıxış etməyi hədəflədiklərini bildirib. F.Umudov Ukraynada keçirilən turnirdə iştirakın da hazırlığın tərkib hissəsi olduğunu dilə gətirib: “Turnirə qədər Qazaxıstan və Türkmənistan yığmaları ilə birgə iki təlim-məşq toplanışı keçirmişik. Komandalarımız Avropa çempionatına qədər daha bir neçə təlim-məşq toplanışına qatılacaq. Sərbəst güləş yığmamız aprelin əvvəlində Dünya Kubokunda mübarizə aparacaq. Bu turnirin yekunlarına görə həm Dünya Kuboku, həm də bütün komandalar üzrə Avropa çempionatına yollanacaq heyəti müəyyənləşdirəcəyik. Turnir həm də çatışmazlıqları görmək üçün əhəmiyyətli idi”.
Federasiya rəsmisi güləşçilərimizdən Qalib Əliyev, Taleh Məmmədov, Elvin Mürsəliyev, Həsən Əliyev, Orxan Nuriyev və İslam Abbasovun turnirdə Ermənistan təmsilçiləri ilə qarşılaşdıqlarını, bu görüşlərin beşini də qələbə ilə başa vurduqlarını deyib. Bildirilib ki, bu görüşlər zamanı pəhləvanlarımız əzmkarlığı, qətiyyətli mübarizəsi ilə yadda qaldılar: “Onların bu əzmkarlığı arenaya toplaşmış azarkeşlər tərəfindən də alqışlarla qarşılandı. Təbii ki, rəqabət yalnız idman müstəvisində aparıldı. İdmanda rəqibə qarşı qərəz yolverilməzdir. Ancaq düşmən ölkənin idmançıları ilə mübarizədə biz ikiqat artıq motivasiya olur, bəzən lazımından artıq güc sərf edirik ki, qalib gələk. Bu turnirdə belə görüşlərin beşində qalib gəldik. Bu kiçik qələbəmizi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edirik. İdmanı siyasətdən uzaq tutmaq istəsək də, bəzən milli məsələlərdə buna göz yummaq lazım gəlir. Hansı idman növü olursa olsun, idmançılarımızın erməni rəqibləri ilə qarşılaşmada meydanı başı uca tərk etmələri hər bir Azərbaycan vətəndaşını sevindirir, qürurlandırır. Bu gün bu idmançılarımız öz əzmkarlıqları ilə rəqiblərinə qalib gəliblər. Bu turnir artıq başa çatdı. Yarışda udmaq da var, uduzmaq da. Bu qələbə də artıq geridə qaldı. Bir məsələ var ki, Xocalı soyqırımının ildönümü ərəfəsində bizim erməni rəqiblərimizə uduzmağa mənəvi haqqımız yox idi. Bu qalibiyyət üçün güləşçilərimizə təşəkkür edirəm. Əminik ki, cənab Ali Baş Komandanın başçılığı altında tezliklə haqq-ədalət öz yerini tapacaq və biz əzəli torpaqlarımızı işğaldan azad edəcəyik”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxGündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35

