Azərbaycan dili dünyanın ən geniş yayılmış zəngin dillərindən biridir
31.07.2009 [10:00]
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, 1 avqust tarixi ölkəmizdə Azərbaycan əlifbası və Ana dili günü kimi qeyd olunur. Mütəxəssis olaraq, Azərbaycan dilinin dövlət dili kimi inkişafı tarixi, dilimizin keçdiyi mərhələlər haqqında nə deyə bilərsiniz?
- Azərbaycan dilinin dövlət dili kimi inkişafı istiqamətində 1918-ci ildə yaradılmış və 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin və bu dövrdə qəbul olunmuş qərarların müəyyən mənada rolu olub. Bu dövrdə Azərbaycan dilinin dövlət səviyyəsində dəstəklənməsi və qəbul olunması ilkin başlanğıc kimi müsbət bir irəliləyiş idi. Sovet dövründə isə bizim dilimiz inkişaf etməyə başladı. Təxminən 1930-cu illərdə Azərbaycan dilinin ən müxtəlif üslub sahələrində, o cümlədən, dövlət dili kimi inkişafı sahəsində xeyli nailiyyətlər əldə olundu. Doğrudur, o zamana qədər dövlət dilimizin adı türk dili idi, 30-cu illərdən sonra Azərbaycan dili adlanmağa başladı. Bunlar isə tam siyasi məqsədlərlə belə edilmişdi. çox böyük uğur idi ki, 1920-ci illərdə ərəb əlifbasından latın əlifbasına keçdik. Bu, bir mədəni, intellektual hadisə idi. Amma 10 ildən sonra latın əlifbasından kiril əlifbasına keçid siyasi hadisə idi və sırf siyasi, ideoloji məqsədlərə xidmət edirdi. Dediyim budur ki, Azərbaycan dilinin tarixində ideoloji məqsədlər həmişə müəyyən rol oynayıb. Dövlətçilik təfəkkürünün inkişaf səviyyəsi, dövlətçilik təfəkkürünün mövcud olub-olmaması dil sahəsində verilən qərarlarda həmişə rol oynayıb. Və 1960-70-ci illərə biz bu şərtlər altında gəlib çıxmışıq.
- Bu dövrdən söz düşmüşkən, bilirik ki, 1969-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra respublikanın həyatının bütün sahələrində köklü dəyişikliklər yaşandı, böyük inkişaf müşahidə olundu. Bəs, Azərbaycan dilinin tətbiqi, inkişafı sahəsində hansı yeniliklər oldu?
- Azərbaycanda böyük ziyalılar təbəqəsinin meydana gəlməsi, elmi mühitin, elmi-mədəni mühitin yaranması, eləcə də, bütün ideoloji məqsədlərə baxmayaraq, Azərbaycan dilli mətbuatın inkişafı 1960-cı illərdə dilimizin inkişafına kömək edib. Azərbaycan dili Azərbaycan Respublikasının formal da olsa, dövlət dili idi. Bununla yanaşı, təbii ki, müəyyən təzyiqlər var idi. Bu təzyiqlər həm Sovet imperiyasının mövcud olması ilə əlaqədar kifayət qədər rəsmi şəkildə mövcud idi, həm də digər istiqamətlərdə də rast gəlinirdi. Məsələn, orduda Azərbaycan dilindən söhbət gedə bilməzdi, həmçinin, elmi sahədə praktik olaraq əsas dil rus dili idi. Azərbaycanın mərkəzi şəhərlərində, xüsusən, Bakıda rus dili tədricən məişət dilinə çevrilmişdi. Belə bir vəziyyətdə, Ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldi. ümummilli liderimizin gördüyü bir sıra mühüm işlərin adını çəkmək mümkündür və belə demək mümkünsə, əksəriyyət bu işlər haqqında kifayət qədər məlumatlıdır. Amma nəzərə almaq lazımdır ki, 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndə mövcud olan problemləri birdən-birə həll etmək, aradan qaldırmaq mümkün deyildi. Ulu öndər yaxşı bilirdi ki, bir sıra çatışmazlıqların aradan qaldırılması tədricən baş verə bilərdi və bunun üçün müəyyən diplomatik addımlar atılmalı idi. Xatırladım ki, 1960-cı illərin ortalarında Mirzə İbrahimov Ali Sovetin Rəyasət Heyətinin sədri kimi dövlət idarələrində Azərbaycan dilinə keçidlə bağlı xüsusi göstəriş verdi, amma sonradan Moskvadan üzr istəməyə məcbur oldu. Heydər Əliyev Sovetlər İttifaqının mətbəxini çox dəqiq bilən bir siyasi xadim idi və bilirdi ki, hadisələr necə cərəyan edə bilər. Ona görə də Heydər Əliyev ilk mərhələdə bu cür fərmanlar, göstərişlərlə deyil, sadəcə, nümunə verməklə Azərbaycan dilinin inkişafına şərait yaratdı.
- Ulu öndər Heydər Əliyev hansı nümunələri göstərirdi? Onun hansı addımlarını siz dilimizin inkişafı baxımından mühüm nümunələr hesab edirsiniz?
- 1970-ci ildə Bakı Dövlət Universitetinin yaranmasının 50 illik yubileyi keçirildi və baxmayaraq ki, ittifaq səviyyəsində də çoxlu qonaqlar gəlmişdi, Heydər Əliyev hamını təəccübləndirəcək şəkildə nitqini Azərbaycan dilində söylədi. Bu, o zaman Azərbaycanda həqiqətən bir partlayış oldu ki, respublikanın başçısı Ana dilində çıxış etdi. Bunun ardınca, 1974-cü ildə Heydər Əliyev 4 cildlik Azərbaycan dili dərsliklərinə dövlət mükafatını verdi. O zaman bu addım da qeyri-adi addım hesab olunurdu. çünki milli dərsliklərə, milli dillə əlaqədar olan heç bir addıma belə mükafat verilmirdi. Bunlar tədricən, Azərbaycan dilinin inkişafı, Azərbaycan dilinin tədqiqatçılarının qarşısında üfüqlər açırdı. Eyni zamanda, 1970-ci illərin əvvəllərindən başlayaraq, Ulu öndər Heydər Əliyev Azərbaycan ədəbiyyatına, Azərbaycan dilli yazıçılara, Azərbaycan Yazıçılar İttifaqına, Azərbaycan Bəstəkarlar İttifaqına, Azərbaycan Rəssamlar İttifaqına xüsusi qayğı göstərməyə başladı. Heydər Əliyev gözəl bilirdi ki, Azərbaycan dilinin inkişafı üçün, Azərbaycan dilinin qorunması üçün milli ədəbiyyat inkişaf etməli, qorunmalı idi. Bu mənada Heydər Əliyev, demək olar ki, Azərbaycan Yazıçılar İttifaqının bütün qurultaylarında şəxsən iştirak etdi. Eyni zamanda, Azərbaycan yazıçılarına dövlət mükafatları, yüksək adlar verdi, onları ucaltdı. Yazıçıların keçmiş ittifaq miqyasında nüfuzunun artması üçün imkanları daxilində əlindən nə gəlirdisə etdi. Bütün bu işlərlə yanaşı, tədrisdə, xüsusilə universitetlərdə Azərbaycan dilli təhsilin inkişafı üçün hər cür şərait yaratdı. Hətta rusdilli məktəblərdə də Azərbaycan dilinin tədrisi üçün geniş imkanlar yaratdı. Bunların hamısı nəticə etibarilə Azərbaycan dilinin tədricən nüfuzunun qaldırılması demək idi. Və sonradan, 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına respublikamızın dövlət dilinin Azərbaycan dili olması ilə bağlı maddə əlavə olundu. 1980-ci illərdə də bu məsələ ilə bağlı xeyli işlər görüldü, böyük addımlar atıldı.
Əlbəttə, bu gün biz Heydər Əliyevin böyük şəxsiyyət, dövlət xadimi olmasından çıxış edərək düşünürük ki, bütün bunları etmək Heydər Əliyev üçün asan məsələ idi. Qətiyyən bu, belə deyildi. Ona da müxtəlif təzyiqlər olurdu, Ona da maneələr yaradılırdı. Amma Heydər Əliyev yüksək bacarığından, təcrübəsindən istifadə edərək bu maneələri dəf edə bilirdi.
- 1982-ci ildə Ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərlikdən getsə də, Onun gördüyü işlər səmərə verməkdə davam etdi. 1988-ci ildə başlanan xalq hərəkatı Heydər Əliyevin hakimiyyəti illərində aparılan ideoloji siyasətin bəhrəsi idi...
- Mən tamamilə o fikirlə razıyam ki, Heydər Əliyevin 1969-82-ci illərdə səpdiyi toxumlar 1980-ci illərin sonunda cücərməyə başladı. Adi bir fakta nəzər yetirək. 1988-ci ildə xalq hərəkatının önündə duran ziyalıların əksəriyyəti 1969-82-ci illərdə Ulu öndərin qayğısını görmüş, bu dövrdə yetişmiş ziyalılar idi. Heydər Əliyevin yaratdığı mühitin içərisindən çıxan mənəvi və siyasi - ideoloji güc idi ki, Azərbaycanda müstəqillik üçün ictimai, ideoloji, mənəvi təminat verirdi. Bunu həmin ziyalıların özləri də etiraf ediblər.
- Ulu öndər 1993-cü ildə xalqın tələb və təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra yenə də dil məsələsinə xüsusi önəm verirdi...
- 1993-cü ildə Azərbaycanda xalqın təkidi və tələbi ilə növbəti dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev yenə də dilin inkişafı məsələsinə xüsusi həssaslıq və diqqətlə yanaşırdı. Bu dövrdə ümummilli liderimizin dilin inkişafına verdiyi ilk təkan 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının müzakirəsi idi. Təsadüfi deyildi ki, Konstitusiyamızda bütün maddələr bir tərəfdə, dillə bağlı maddə daha çox müzakirə olundu. Və bu Konstitusiyanın qəbulu ilə əlaqədar keçirilən referendumda bir məsələ ayrıca qoyulmuşdu. Bu da dilimizin adı ilə bağlı idi. Yəni sual olunurdu ki, Azərbaycan dilinin adı “Azərbaycan dili” olsun, yoxsa “Türk dili”. O zaman həm Akademiya səviyyəsində, həm dövlət orqanları səviyyəsində çox geniş müzakirələr aparıldı, müxtəlif fikirlər səsləndirildi. Və mən hesab edirəm ki, Ulu öndərimiz bilərəkdən bu məsələ ətrafında geniş diskussiyaların açılmasına şərait yaratdı. çünki dil məsələsi millətin mahiyyəti məsələsidir və bunun ətrafında bir təmərküzləşmə prosesi gedir. Eyni zamanda, Azərbaycanda yaşayan bir sıra digər xalqlar var idi ki, onlar ən geci XVII-XVIII əsrlərdən öz talelərini Azərbaycan türkləri ilə bağlamışdılar, qaynayıb-qarışmışdılar. Dilimizin türk dili adlanması istər-istəməz onları müəyyən mənada narahat edirdi. Dilimizin Azərbaycan dili adlanması o zamankı çətin vəziyyətdə həm də xalqın birləşməsi, təmərküzləşməsi üçün çox vacib idi. Ulu öndər Heydər Əliyev də məhz bütün bu detalları nəzərə alaraq istəyirdi ki, belə tarixi, taleyüklü məsələnin həllində cəmiyyətin daha çox, daha geniş təbəqələri iştirak etsin, xalq özü buna qərar versin.
Konstitusiyanın qəbul olunmasından sonra isə Ulu öndər Ana dilimizin inkişafı ilə bağlı böyük önəm daşıyan addımlar atdı. Birinci növbədə, dövlətin idarəçilik sistemlərində Ana dilinin tətbiqi məsələsinin üzərində çox geniş dayandı. Yəni heç vaxt Azərbaycan dilində danışmayan hərbi nazirliyimiz, ordumuz indi Ana dilində danışmağa başladı. O vaxta qədər Xarici İşlər Nazirliyindən tutmuş Daxili İşlər Nazirliyinə qədər bütün nazirliklərdə hakim dil rus dili idi. Yalnız dövlət başçısının tələbi ilə bütün idarəçilik strukturlarında Ana dilimiz tətbiq olunmağa başladı və bu, dilimizin inkişafı baxımından uğurlu nəticələrə zəmin hazırladı. Bu istiqamətdə ən mühüm məsələlərdən biri də əlifba məsələsi idi. Bilirsiniz ki, artıq müstəqilliyimizin ilk illərində latın qrafikalı əlifbaya keçilmişdi, amma burada müəyyən nöqsanlar hələ də qalmaqda idi. Məsələn, bir sıra hərflər hələ də təsdiqini tapmamışdı. Cəmiyyətin təbəqələri, qərar verilsə də, hələ də həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə edirdi. Orta məktəblərdə, ali məktəblərdə, eyni zamanda, dövlət orqanlarında, hətta KİV-lərdə də latın qrafikalı əlifbaya tam keçid baş verməmişdi. 2001-ci il iyul ayının 18-də Ulu öndər Heydər Əliyev xüsusi Fərman verdi. Bu Fərmanda nəzərdə tutulurdu ki, avqustun 1-dən etibarən Azərbaycan Respublikasının bütün ərazisində latın qrafikalı əlifbaya keçilsin. 2001-ci il avqust ayının 9-da ümummilli lider avqust ayının 1-nin Azərbaycan əlifbası və Ana dili günü kimi elan olunması haqqında Sərəncam verdi.
Eyni zamanda, 2001-ci il iyun ayının 12-də Ulu öndər “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdı. Bu Fərmanda dövlət dilinin inkişafı üçün bir sıra tədbirlərin görülməsi nəzərdə tutulurdu. Mən tam məsuliyyətimlə deyirəm ki, bu Fərman bizim Ana dilimizin tarixində, Ana dilinin mövcud olduğu bütün tarix boyu dilə münasibətdə dövlətin, dövlət başçısının verdiyi ən böyük Fərman idi. Bu, dilin perspektivinin bütün istiqamətlərini müəyyənləşdirən bir sənəd idi.
- Bu gün dilimizin geniş tətbiq olunması, inkişafı üçün görülən işlər bir dilçi alim, ziyalı kimi sizi qane edirmi?
- Bu gün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin, bütün digər sahələrdə olduğu kimi, Ana dilinin tətbiqi sahəsində də gördüyü işləri uğurla davam etdirir. Prezident İlham Əliyevin kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı verdiyi Fərman dilin kütləvi tətbiqi baxımından olduqca böyük əhəmiyyət kəsb edirdi. Təsəvvür edin ki, bütün ölkədə yeni əlifbaya keçid reallaşıb, amma bu əlifba ilə oxumağa çox az kitablar, materiallar var idi. Prezidentin Fərmanı əlifbaya keçidin üçüncü mühüm mərhələsini təşkil edirdi.
Eyni zamanda, Milli Məclisdə Azərbaycan dili haqqında, daha dəqiq desək, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olunub. Bu gün Azərbaycan dili qanunla mühafizə olunur, qorunur. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla, Onun qəbul etdiyi qərarlarla, imzaladığı fərman və sərəncamlarla inkişaf imkanlarına malikdir. Bütün təhsil sistemində, dövlət idarəçiliyində Azərbaycan dili hakimdir. Azərbaycan dili dünyaya yayılır, Azərbaycan dili bu gün dünya azərbaycanlılarını birləşdirən bir vasitədir. Azərbaycan dili dünyanın ən geniş yayılmış zəngin dillərindən biri hesab olunur. Bilirsiniz ki, bu gün 50 milyona qədər insan bu dildə danışır. Eyni zamanda, Azərbaycan dilinin tarixi çox geniş araşdırılıb. Bu dilin lüğət tərkibi tədqiq olunub, normativ qrammatikası yazılıb. Hesab edirəm ki, Azərbaycan dili türk dilləri içərisində ən çox araşdırılmış dillərdən biri olmaqla yanaşı, lüğət tərkibi və qrammatik quruluş baxımından da ən zənginlərdəndir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

