/ / Bakıda “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beynəlxalq konfrans davam edir
Bakıda “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beynəlxalq konfrans davam edir
08.06.2013 [05:08]
İyunun 7-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Botanika İnstitutunun və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beynəlxalq konfrans işini davam etdirib.
AzərTAc xəbər verir ki, konfransda iştirak edən Yaponiya, Rusiya, ABŞ, Almaniya, Estoniya və digər ölkələrin alim və mütəxəssisləri əvvəlcə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunda olublar.
Qonaqlara 1950-ci ildən fəaliyyət göstərən bu elm müəssisəsinin fəaliyyət istiqamətləri və strukturu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Əkinçilik İnstitutunun 100-dən artıq elmi əməkdaşı keçmiş Sovet İttifaqının, bu gün isə MDB məkanının aparıcı institutlarında, Fransa, Almaniya və Macarıstanın müvafiq institutlarında, beynəlxalq elm mərkəzlərində ixtisasartırma kursları keçib. İnstitutda məqsədli aspirantura da daxil olmaqla 400-dən artıq yüksək ixtisaslı elmi kadr hazırlanıb. Onlardan 259 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi, 8 nəfər isə doktorluq alimlik dərəcəsi alıb.
Dünya şöhrətli alim, akademik Cəlal Əliyevin rəhbərlik etdiyi bitkilərin fiziologiyası və biotexnologiya şöbəsində isə bitki fiziologiyası, bitkilərin biokimyası, biofizika, molekulyar biologiya və genetika, bioüzvi kimya, radiobiologiya, mikrobiologiya, riyazi biologiya və s. ixtisaslar üzrə 77 elmlər namizədi və 7 elmlər doktoru hazırlanıb.
Qeyd edilib ki, Əkinçilik İnstitutu əsasən bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası ilə bağlı tətbiqi və fundamental xarakterli elmi-tədqiqat işlərini yerinə yetirilir.
Xarici ölkələrin mütəxəssisləri Əkinçilik İnstitutunun təcrübə sahələrinə də baxıblar. Eyni zamanda, institutun əməkdaşları ilə fikir mübadiləsi aparıb və onlarla xatirə şəkli çəkdiriblər.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Görkəmli alimlər Norio Murata (Yaponiya), Vladimir Şuvalov (Rusiya), Govindiee (ABŞ) məruzə ilə çıxış ediblər. Eyni zamanda, Moskva Dövlət Universitetindən Andrey Rubinin, Tokio Universitetindən Tatsuya Tomonun, Almaniyadan Ernst-Valter Knappın, Estoniyadan Agu Laiskin və başqa alimlərin fotosintez prosesinin bütün istiqamətləri, onun praktiki təsiri, kənd təsərrüfatında tətbiqi, həmçinin hidrogenin alınması və süni fotosintez kimi problemlər barədə məruzələri dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
İyunun 8-də konfrans işini bölmə iclaslarında davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26

