Virtual siyasi şoumenlər iş başında...
08.01.2022 [00:18]
Əli Kərimli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Sevinc Osmanqızı və digərləri Qazaxıstan hadisələrinə münasibətdə savadsızlıqlarını və təxribatçı xarakterlərini nümayiş etdirirlər
Nurlan
Qazaxıstanda baş verən hadisələr müxtəlif səviyyələrdə müzakirə edilir. Analitiklər proseslər barəsində öz qənaətlərini ifadə edirlər, sadə vətəndaşlar sosial şəbəkələrdə fikir və məlumatlar paylaşırlar. Beləliklə, bu aktual məsələyə dair gün ərzində ayrı-ayrı informasiyalarla, fərqli yanaşma və düşüncələrlə tanış oluruq. Lakin kiçik bir qrup var ki, “kor tutduğunu buraxmaz” prinsipinə sadiq qalaraq yenə də öz ampluasında olduğunu nümayiş etdirir. Söhbət bu və ya digər ölkədə sabitliyin pozulması, dağıdıcı proseslərin, çevriliş və iğtişaşların baş verməsi zamanı virtual aləmdə zühur edən antimilli ünsürlərdən gedir.
Konkret olaraq Əli Kərimli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Sevinc Osmanqızı və digər bu kimi onlayn siyasi teatr tamaşası aktyorları, yaxud virtual siyasi şoumenlər Qazaxıstan hadisələrinə münasibətdə həm savadsızlıqlarını, həm də təxribatçı mövqelərini nümayiş etdirirlər. Sirr deyil ki, özlərini “siyasətçi”, “müxalif qüvvə”, “tədqiqatçı-jurnalist” adlandıran belələri indiyə qədər gah rəngli-çiçəkli inqilab tərəfdarları, gah “azadlıq aşiqləri” kimi çıxış edərək provakasiya xarakterli çağırışlar ediblər - insanları qanunları pozmağa, kütləvi itaətsizliyə çağırıblar, antikonstitusion mövqe ortaya qoyublar. Hətta 10 il əvvəl “ərəb baharı” ssenarilərini xəyallarında - siyasi utopiyada Azərbaycana transfer etməyə cəhd göstəriblər, xalqı küçələrə çıxararaq bu “bahar dalğası”na dəstək verməyə çağırıblar. Məqsədlərinin isə Azərbaycanı Suriyaya, Liviyaya, Tunisə çevirmək olduğunu gizlətməyiblər. Elə o zaman da siyasi savadsızlıq nümayiş etdiriblər. Məsələn, “ərəb baharı”nı həmin coğrafiyanın xalqlarına rifah, demokratiya gətirən, hüquq və azadlıqları təmin edən hərəkat kimi səciyyələndirirdilər. Bu gün Qazaxıstan hadisələrinə də eyni baxış bucağından yanaşmaları onların bir arpa boyu qədər yol almadıqlarını göstərir. Məsələn, AXCP sədri - siyasi blogger Əli Kərimli çox ciddi fəsadlara səbəb olan, insanlıq dramının müşahidə olunduğu Qazaxıstan hadisələrini sosial şəbəkədə müsbət qiymətləndirir, sevinc hissi bölüşürmüş kimi “Qazax xalqı heç bir lider olmadan da küçələrə çıxıb, hakimiyyəti devirdi”, - deyə yazır. O, kiçikdən böyüyə hamının bildiyi bir həqiqəti - hadisə və proseslərdə xarici qüvvələrin barmağının olması reallığını istisna edərək “Nəticəsinin necə olacağından asılı olmayaraq Qazaxıstanda baş verən sosial partlayışdır” yazır. Bu, Əli Kərimlinin “siyasət” sözünün “s”indən xəbəri olmadığını - hakimiyyətə iddialı olan bu savadsız və səriştəsiz “siyasətçi”nin dünyagörüşünün hansı bərbad səviyyədə olduğunu göstərir. Onun “Azadlığa və ədalətə can atmaq bütün xalqların - insanlığın fitrətindədir” sözləri isə, sadəcə olaraq, gülüncdür. Elə təəssürat yaranır ki, sanki, Qazaxıstan müstəqil dövlət deyil, hansısa ittifaqın tərkibindədir, ona görə də xalq dövlət müstəqilliyi - milli azadlıq uğrunda mübarizə aparır. Bundan başqa, Ə.Kərimli el gücünün sel gücü olduğunu vurğulayaraq “Diqqətəlayiq haldır ki, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev aksiyalara çox təmkinli yanaşıb. Hökumətə tapşırıq verib ki, etirazçıların tələbi nəzərə alınsın”,-deyə yazır. Nəticə isə ortadadır, bu ölkədə baş verənlər heç də təmkini, etirazçıların tələblərinin nəzərə alınmasını ifadə etmir, yaxud hadisələrin el və sel gücü ilə yaxından - uzaqdan heç bir əlaqəsinin olmadığını təsdiqləyir. Onun “Bizi utandırmaq növbəsi indi də keçib Xəzərin şərqindəki xalqlara. Xəzərdən qərbdə yaşayan xalqlar bizi çox utandırmışdı. Hətta buna bir az da alışmışdıq. Ancaq Orta Asiyadakı türk qardaşlarımızın da siyasi inkişafda bizi qabaqlaması yeni situasiyadır” fikri isə tragikomediyadır. Sual olunur: Azərbaycan sabitlik adası olduğuna görə utanmalıyıq? Yoxsa ölkəmizdə kütləvi dağıntıların, toqquşmaların olmamasına, bankların, dükanların yağmalanmamasına görə utanc hissi keçirməliyik? Qazaxıstanda baş verən hadisələr siyasi inkişafın göstəricisidirsə, belə inkişaf heç kimə lazım deyil. Əsl utanmalı olan elə Əli Kərimlinin özüdür. Çünki Azərbaycan xalqı utanacağı heç bir işə imza atmayıb, əksinə, dünyada qalib, müzəffər xalq kimi tanınır və biz qüdrətli dövlətin qalib, qürurlu və məğrur vətəndaşlarıyıq. O səbəbdən bu sözlərinə görə Kərimli həm utanmalı, həm də xalqdan üzr istəməlidir!
Gültəkin Hacıbəyli isə “Öncə gürcü, ukraynalı, qırğız, belarus, hətta sudanlı və zimbabveli olmaq istəyirdik. İndi sıra qazax olmaq istəməyə də gəlib çatdı”, - deyə yazır. Görünən odur ki, illərdir inqilab sevdası ilə yaşayan bu şəxs hələ də xaos, dağıntı arzulayır, Qazaxıstan xalqının indiki acınacaqlı durumunun xalqımızın taleyinə çevrilməsini diləyir. Digər tərəfdən, özünü müxalif düşərgənin “siyasi afroditası” və ya “siyasi primadonnası” kimi görən Gültəkin Hacıbəyli məmnuniyyətlə gedib Sudan və Zimbabvedə siyasətlə məşğul ola, “demokratiya nəğmələri” söyləyə bilər. Bununla yanaşı, o, “Qazaxıstanda baş verən proseslər kənardan idarə olunur” fikrini gülünc adlandırmaqla siyasi şüursuzluğunu - Əli Kərimli ilə eyni ağılda olduğunu nümayiş etdirir. Digər tərəfdən, “Qazax xalqı öz taleyinə özü sahib çıxır”, - deməklə ictimai rəyi yanıltmağa, insanları qızışdıraraq qanunsuz hərəkətlərə sövq etməyə çalışır. Sual olunur: bir qrupun küçələrə çıxaraq qırıb - dağıtması, dövlət idarəsini yandırması xalqın öz taleyinə sahib çıxmasıdır? Əlbəttə, Hacıbəylinin çağırışlarının real və virtual dairəsi elə onun öz “facebook” profili sərhədləri çərçivəsindədir. Sevinc Osmanqızı, Qənimət Zahid və digərləri də Kərimli və Hacıbəylidən geri qalmırlar. Onlar sosial mediada eyni motiv və məzmunlu paylaşımları ilə - dezinformasiya yaymaqla, qərəzli “fikir”lər - yalanlar tirajlamaqla ictimai rəyi yanıltmağa çalışırlar. Bu düşərgə ilə eyni “əqidə”ni paylaşan xaricdən idarə olunan trol dəstələri isə saxta videomateriallar yaymaqla süni fon yaratmağa çalışırlar. Məsələn, “Qarabağ” futbol klubunun qalib gəldiyi oyundan sonra “Gənclik” metrostansiyasının qarşısında çəkilən - insanların sevinclərini paylaşdıqları görüntülərin üzərinə yazı, fonuna isə musiqi verməklə guya Bakıda hansısa aksiya, mitinq keçirildiyini iddia ediblər.
Beləliklə, nəzər yetirdiyimiz faktlar bəzi reallıqları bir daha təsdiqləyir. Görünən dağa bələdçi lazım deyil, yaxud əlavə şərhə nə hacət?!
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

