Ermənilərin yeni dezinformasiyası...
03.09.2022 [10:40]
Yeni yola kim nəzarət edir?
Nardar BAYRAMLI
Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçməsindən sonra ermənilər yeni alternativ yoldan istifadə edirlər. Bəzi erməni saytları yazırlar ki, guya yeni yola Rusiya sülhməramlıları ilə yanaşı Qarabağdakı separatçı rejimin “yol polisi” və “fövqəladə hallar xidməti” də nəzarət edir. Bu iddialar nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi, delimitasiya və demarkasiya məsələləri ilə bağlı müəyyən razılaşma əldə olunduqda erməni kütləvi informasiya vasitələri müxtəlif variantlara əl atır. Brüssel görüşündən sonra bu məsələ gündəmə gətirilməklə bunu Nikol Paşinyanın məğlubiyyəti ilə əlaqələndirmək istəyirlər. Ona görə də, yeni Laçın yolu haqda belə bir dezinformasiya xarakterli məlumatlar yayırlar. Millət vəkilinin fikrincə, bu cür təxribatçı məlumatlar həm Ermənistandakı “Qarabağ klanı”, həm də Qarabağdakı qondarma rejim tərəfindən dövriyyəyə buraxılır: “Guya yeni Laçın yolunda Rusiya sülhməramlıları ilə yanaşı Qarabağ separatçılarının olmasından danışılır. Bu, inandırıcı deyil. Çünki Rusiya sülhməramlı qüvvələrinin konkret mandatı var və bu vəzifəni onlar yerinə yetirməlidirlər. Sülhməramlılar ən azı öz imicinə zərbə vurmamaq üçün belə addım atmaz, separatçılara imkan verməz. Düşünürəm ki, ermənilərin bu dezinformasiyanı yaymaqda məqsədi iki ölkə arasında sülh sazişi, delimitasiya və demarkasiya məsələləri ilə bağlı hər hansı irəliləyişlərə əngəl törətməkdir”.
Hərbi ekspert Emin Həsənli isə deyib ki, Azərbaycan Ordusunun Laçın şəhərinin mərkəzini, Zabux və Susu nəzarətə götürməsi dövlətimizin gücünü və qüdrətini növbəti dəfə dünyaya göstərdi - bu hadisə Azərbaycanın növbəti uğurudur: “Ermənistan kapitulyasiya aktına imza atarkən üzərinə bir çox öhdəliklər götürmüşdü. Bura Laçın şəhərinin mərkəzi, ətraf yaşayış məntəqələri, Laçın dəhlizi adlanan ərazinin boşaldılması və digər razılaşmalar aid idi. Amma təəssüf ki, Ermənistan ötən dövr ərzində öz xislətini nümayiş etdirərək verdiyi sözə əməl etmirdi. Azərbaycan Prezidenti bəyanatlarında dəfələrlə bildirmişdi ki, 10 noyabr bəyanatının bəndləri nəyin bahasına olursa-olsun yerinə yetiriləcək. Budur, Azərbaycan Ermənistanı buna məcbur etdi və qarşısına qoyduğu hədəflərə çatdı. Suveren ərazilərimiz ermənilərdən təmizləndi, vaxtilə qanunsuz yerləşdirilmiş ermənilər buradan çıxarıldı. Biz yenə istədiyimizə nail olduq”.
Ekspert qeyd edib ki, qarşıya qoyulan əsas vəzifə erməni terrorunun, separatçılığın kökünü tam kəsməkdir: “Hazırda Ermənistan çıxılmaz vəziyyətdədir. Çünki müharibədə rüsvayçı məğlubiyyətə uğrayıb, ölkə uçuruma sürüklənir, üstəlik, beynəlxalq dairələr tərəfindən heç bir halda dəstəklənmir. Bu səbəbdən də qarşı tərəf təxribatçı addımlar atır. Yeni Laçın yolu haqqında yayılan dezinformasiya da bu məqsədə xidmət edir”. E.Həsənlinin fikrincə, rəsmi İrəvan Qarabağdakı qondarma rejimdən siyasi, hərbi və iqtisadi məqsədlər üçün istifadə edir. Korrupsiya əməllərini daha çox o rejimin əli ilə həyata keçirirlər. “Yeni Laçın yolu ilə bağlı ermənilərin yaydığı məlumat inandırıcı deyil. Doğrudur, bir neçə ay öncə belə bir hadisə baş vermişdi ki, Azərbaycanın yük maşınlarını sülməramlılarla yanaşı qondarma rejimin “polisi” də yoxlayıb. Lakin dövlətimiz dərhal belə halların qarşısını aldı. Ermənilər birdəfəlik başa düşməlidir ki, Qarabağda yalnız Azərbaycan vətəndaşları kimi yaşaya bilərlər. Tezliklə separatçıların bu torpaqda kökü kəsiləcək”, -deyən ekspert əlavə edib ki, həmin ərazilərdə Ermənistan tərəfinin qaz, elektrik, telefon rabitəsi və internet xəttinə bu gün Azərbaycan Ordusu nəzarət edir. Onun sözlərinə görə, yolun ətrafındakı strateji yüksəkliklərdə Azərbaycan Ordusu yerləşir. Bu yola da Azərbaycan Ordusu yüksəkliklərdən nəzarət edir. Beləliklə də, Laçın və ətraf rayonlarda təhlükəsizlik təmin edilir.
“Ermənistan mediasının bu tipli xəbərləri daha çox dezinformasiyaya söykənir”. Bu fikirləri isə qəzetimizə açıqlamasında politoloq Tural İsmayılov bildirib. Onun fikrincə, bu gün hansısa “artsax qüvvələrindən” danışmaq böyük bir yalandan başqa bir şey deyil: “Təsəvvür edin ki, hətta erməni siyasi seqmenti də bu cəfəngiyyatlara gülürlər. Əvvəla nəzərə almaq lazımdır ki, heç Ermənistanın bu gün öz sərhədlərini qoruyacaq gücü yoxdur. Rusiya da daxil olmaqla yalvarmadıqları ölkə qalmayıb. Eyni zamanda, erməni cəmiyyətini aldatmağa hesablanmış saxtakarlıqların heç bir real-siyasi əhəmiyyəti yoxdur. Bunun fərqində olan erməni mediası siyasi qüvvələrin əlində oyuncağa çevrilib. Amma, eyni zamanda, hansısa qondarma “qurumun” “polislərinin” olmağı da nəyisə dəyişmir. Bu gün Azərbaycan regionda ən güclü orduya malik ölkələrdən biridir. Eyni zamanda, ölkəmiz 44 günlük Vətən müharibəsində Ermənistanı elə hala salıb ki, Ermənistanın bundan sonra yeganə mövcudluğu Azərbaycan və Türkiyə ilə normal siyasi, iqtisadi əlaqələr qurmaqdan asılıdır. Belə olan halda hansısa separatçı terrorçuların tərk-silah edilməsi də Azərbaycan ordusu üçün çox asandır”.
T.İsmayılov qeyd edib ki, Azərbaycan ordusu həm gücü, həm də təchizatı ilə regionda liderdir. Ölkəmizin qısa zamanda uğurlu işlər görməyi Ermənistanda da heyrət doğurur. Ona görə də erməni jurnalist Vaqe Markaryan deyir ki, “biz azərbaycanlıların çəkdiyi yeni yolun ilk sərnişinlərindən olduq və yolun keyfiyyətinə heyran qaldıq. Bu yolun Ermənistan ərazisindəki davamına baxanda keyfiyyət fərqini görmək olur”. Politoloq hesab edir ki, erməni mediasında yayılan bu iddiaların nə qədər reallığı əks etdirməsi araşdırılmalıdır və nəticədə sülhməramlı kontingentin də bu məsələdə addımlar atması vacibdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

