Beynəlxalq Ədalət Məhkəməsinin qərarı necə pozulur...
30.11.2023 [10:22]
İcma: Azərbaycan xalqının mədəni irsinin məhv edilməsi qəbulolunmazdır!
Nardar BAYRAMLI
Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO Azərbaycanın erməni işğalında olmuş ərazilərinə hələ də missiya göndərməyib. Üç ilə yaxındır ki, torpaqlarımız erməni işğalından azad olunsa da, UNESCO missiya göndərməkdən imtina edir. Əksinə, bu təşkilat Ermənistanla daha isti münasibət saxlamağa üstünlük verir. Nə qədər absurd olsa da, Azərbaycan xalqına məxsus tarixi və mədəni irsi məhv etməyə çalışan Ermənistan guya ölkəmizin ərazisində “erməni irsinin” dağıdılması ilə bağlı beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və UNESCO missiyasının göndərilməsinə cəhd edir.
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması açıqlama yayıb. Bildirilib ki, Ermənistanın Xarici İşlər Nazirliyi bir daha mədəni abidələrin qorunması məsələsi ilə spekulyasiya etməyə çalışır. Ermənistan tərəfi Azərbaycan ərazilərinə UNESCO missiyasının göndərilməsindən danışmaqdansa, belə bir missiyanı öz ərazisində qəbul etməlidir. Açıqlamada, həmçinin deyilir: “Qərbi Azərbaycan İcması Ermənistandakı Azərbaycan abidələrinin vəziyyətinin monitorinqi məqsədilə Ermənistana missiya göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət göndərib. Bizdə olan məlumata görə, UNESCO bizim müraciətimiz ilə bağlı Ermənistan hökumətinə müvafiq kommunikasiya göndərib. Lakin Ermənistan razılıq vermədiyi üçün bu missiya hələ də baş tutmur. Ermənistanın törətdiyi əməllər İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın (1966), Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyanın, Hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiyanın, Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın və İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyanın pozulmasıdır”.
Qeyd olunub ki, Ermənistanın UNESCO missiyasını qəbul etməməsi, mədəni irsin qorunması üzrə İcma ilə dialoqdan imtina etməsi və İrəvan şəhərində Təpəbaşı məhəlləsi daxil olmaqla, Azərbaycan mədəni irsini nümayişk?ranə şəkildə dağıtmaqda davam etməsi həm də Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarının kobud şəkildə pozulmasıdır: “Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi həmin qərarında Ermənistandan “Azərbaycan mədəni irs yerlərini və etnik və mədəni mülkiyyət nümunələrini dağıtmağına və Azərbaycan mədəni izlərinin silinməsi siyasətinə dərhal son qoymağı” tələb edir. Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən Azərbaycan mədəni irsini, o cümlədən İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsini dağıtmağı dərhal dayandırmağı və dağıtmış olduğu Azərbaycan mədəni abidələrini bərpa etməyi tələb edir. Bərpa zamanı abidələrin orijinallığının və autentikliyinin təmin edilməsi üçün Qərbi Azərbaycan İcmasının bu prosesdə yaxından iştirakı zəruridir. Ermənistan hökuməti Qərbi Azərbaycan İcması ilə bu məsələyə dair dialoqa başlamalı və UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir”.
Əslində, beynəlxalq təşkilat olaraq UNESCO da bu missiyanın göndərilməsinə şərait yaradılmasını Ermənistandan tələb etməlidir. Çünki məsələ Beynəlxalq Ədalət Məhkəməsinin qərarında da öz əksini tapır. Təşkilat bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə də müraciət etməlidir. Hazırda dünyanın 191 ölkəsi UNESCO-nun üzvüdür. UNESCO-nun proqramında qeyd olunan əsas məqsədi elm, təhsil və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməkdir. Təəssüf ki, Azərbaycana münasibətdə təşkilat öz proqram məqsədlərinə uyğun davranışlar nümayiş etdirmir. UNESCO-nun Azərbaycanın 30 il ərzində Ermənistanın işğalı altında qalan ərazilərində ermənilər tərəfindən dağıdılan, təhqirlərə məruz qalan tarixi mədəni-dini irs obyektlərinə laqeyd münasibət bəsləməsi də ikili yanaşma nümunəsidir. Belə yanaşma UNESCO-nun məqsədləri ilə bir araya sığmır və suallar doğurur. Təşkilat öz statusuna uyğun fəaliyyət göstərməli və obyektivlik nümayiş etdirməlidir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47

