Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının səbəbləri yaxın günlərdə açıqlanacaq

Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının səbəbləri yaxın günlərdə açıqlanacaq

04.02.2025 [11:48]

Azərbaycan, Rusiya, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər cəlb olunub. Yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc ediləcəyini gözləyirik.

AZƏRTAC Qazaxıstan mediasına istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırma barədə açıqlamasında bildirib.

Mütəxəssislərin işlərini davam etdirdiklərini deyən nazir əlavə edib: “Onlara işlərini başa çatdırmaq üçün vaxt lazımdır. Bu, çox incə və zəhmət tələb edən işdir”.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Paylaş:
Baxılıb: 384 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30