CASCFEN Yevlaxda ifadə azadlığı ilə bağlı konfrans keçirib
06.08.2013 [08:28]
Avqustun 4-də Yevlax şəhərində Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi “Söz azadlığı mədəniyyətinin təbliği” layihəsi çərçivəsində konfrans keçirilib. Konfransı giriş sözü ilə açan layihənin koordinatoru, CASCFEN sədrinin müavini, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nadir Azəri bildirib ki, tədbirdə Yevlax şəhər İcra Hakimiyyətinin, müxtəlif dövlət qurumların təmsiçiləri, şəhərin fəal gəncləri və KİV nümayəndələri iştirak edir.
Konfransda çıxış edən CASCFEN sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı dünya standartlarına cavab verən qanunvericilik bazasının olduğunu bildirib, bu istiqamətdə dövlət tərəfindən görülən işlərdən söz açıb. Azər Həsrət fürsətdən istifadə edərək yaradılmış şəraitə görə, Yevlax şəhər İcra Hakimiyyətinə təşəkkür edib.
Layihə barədə konfrans iştirakçılarına geniş məlumat verən CASCFEN sədri bu istiqamətdə Tərtərdə və Yevlaxda tədbirlərin təşkilini regionlarımızda da KİV-in, söz azadlığının inkişafına böyük diqqətin verilməsinin təzahürü kimi dəyərləndirib.
Yevlax şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ramin Qələndərov qonaqları salamlayıb, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında rayonda görülən quruculuq-abadlıq işlərindən, söz və mətbuat azadlığının vəziyyətindən danışıb. Sonra Azər Həsrət CASCFEN-in Yevlax üzrə təmsilçisi Zülfiyyə Əliqızına qurumun işindəki fəallığına görə, təşkilatın diplomunu təqdim edib. Bundan başqa, CASCFEN-in 100-cü üzvü olduğu üçün təşkilatın fəalı Türkan Fikrət qızına xatirə diplomu təqdim edilib.
Çıxışlardan sonra söz əsas məruzəçilərə verilib. CASCFEN İdarə Heyətinin üzvü, “Kaspi” qəzetinin müxbiri Lalə Musaqızı söz və ifdadə azadlığı, bunun ayrı-ayrı ölkələrdə necə həyata keçirilməsi və ölkəmizdə bununla bağlı atılan addımlar haqqında ətraflı məlumat verib. CASCFEN İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin müəllimi, “SPACE” televiziyasının redaktoru dr. Nüşabə Hüseynli isə sosial şəbəkələrdə cərəyan edən proseslər barədə geniş bəhs edib. Konfransda yerli “Kür” qəzetinin, həmçinin Yevlaxda fəaliyyət göstərən El TV-nin nümayəndələri də iştirak edib.
Xəbər lenti
Hamısına baxHadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35

