Məcburi köçkünlərin problemlərinin həlli hazırda daha böyük əhəmiyyət kəsb edir
07.02.2015 [11:11]
Ölkəmizdə səfərdə olan İsveçin Xarici İşlər Nazirliyinin əməkdaşları Therese Hyden, Tobias Lorentzson, Sofia Ekfeldt Nyman, Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin Avropa İdarəsinin başçısı Mirja Peterson və bu ölkənin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestad fevralın 6-da Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində salınmış məhəllədə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların həyat şəraiti ilə yerində tanış olublar. Onları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov müşayiət ediblər.
Əvvəlcə Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olan qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində ölkəmizin üzləşdiyi 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi geniş tədbirlər barədə məlumat verilib.
Sonra qonaqlar yataqxanadakı şəraitlə tanış olublar. Bildirilib ki, burada 160 məcburi köçkün ailəsi məskunlaşıb. Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsində olan qonaqların diqqətinə çatdırılıb ki, 16 kvadratmetrlik otaqda 5 nəfər yaşayır. Ev sahibi vurğulayıb ki, onların yeganə arzusu doğma torpaqlara qayıtmaqdır.
Təəssüratlarını bölüşən nümayəndə heyətinin üzvləri buradakı acınacaqlı vəziyyətdən təəssüfləndiklərini bildiriblər. Məcburi köçkün həyatının nə demək olduğunu gözəl anladıqlarını diqqətə çatdıran qonaqlar problemin tezliklə həllinin, bu şəraitdə yaşayan insanların doğma ocaqlarına qaytarılmasının vacibliyini qeyd ediblər.
Nümayəndə heyətinə məlumat verilib ki, hələ də bu cür ağır şəraitdə yaşayan məcburi köçkünlər var. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına uyğun olaraq onların da sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilməkdədir.
Sonra nümayəndə heyətinin üzvləri Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəlləyə gəliblər. Qonaqlar məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə maraqlanıblar. Qeyd edilib ki, 540 şagird yerlik məktəbdə yüksək təhsil üçün hər cür imkan var.
Qonaqlar məktəbin kompyuter otağına baxıb, tədris prosesi və ərazidəki Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıblar. Onlar, həmçinin məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında da olublar.
Nümayəndə heyətinin üzvləri məhəllədə məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də maraqlanıblar. Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin evinə baş çəkən qonaqlar onun ürək sözlərini dinləyiblər.
Qaçqın və məcburi köçkün probleminin hələ də davam etməsindən təəssüfləndiklərini bildirən diplomatlar onların həyat şəraiti ilə tanış olmağın mühüm önəm kəsb etdiyini diqqətə çatdırıblar. Qeyd ediblər ki, münaqişənin tezliklə həlli insanların doğma torpaqlarına qayıtmalarına, onların dözülməz həyat şəraitinə son qoyulmasına imkan yaradacaq. Bunun üçün də məsələ ilə məşğul olan ölkələr və beynəlxalq təşkilatlar öz səylərini artırmalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42

