Komandaların sayının artması çövkən oyununun getdikcə populyarlaşmasından xəbər verir
18.12.2015 [09:57]
“Şəkidə keçirilən Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar ölkəmizin turizm potensialının təbliği və inkişafına, eyni zamanda, qeyri-maddi mədəni irsin qorunmasına töhfə verir. Builki oyunlarda rekord miqdarda - respublikamızın 22 şəhər və rayonundan 24 komanda iştirak edir. Komandaların sayının artması çövkən oyununun getdikcə populyarlaşmasından xəbər verir. Odur ki, yarışların proqramına çövkənlə yanaşı, daha 5 oyun növü də daxil edilib”.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Çövkən oyununun Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini xatırladan nazir müavini, bunun həm də Azərbaycan dövlətinin qarşısına müəyyən öhdəliklər qoyduğunu bildirib. Nazim Səmədov deyib: “Bu öhdəliklər çövkən oyununun inkişafı və təbliği ilə bağlıdır. Belə yarışların keçirilməsi təbii ki, bu oyunların inkişafına, həm də ölkəmizə gələn turistlər arasında təbliğinə xidmət edir. Əgər 10 il əvvəl biz bu oyunlara 8 komanda ilə başlamışdıqsa, indi komandaların sayı 24-ə çatıb. Bu, o deməkdir ki, biz tədricən qarşıya qoyduğumuz məqsədə çatırıq”.
TÜRKSOY tərəfindən Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını yüksək qiymətləndirən Nazim Səmədov deyib: “Bu xəbər bizi çox sevindirdi. Çünki Şəkinin türkdilli ölkələrin, türk dünyasının mədəniyyət mərkəzlərindən biri kimi tanınması, seçilməsi turizm baxımından da çox maraqlı və diqqətçəkən bir hadisədir. Şübhəsiz ki, bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Şəki şəhər İcra Hakimiyyətinin birgə tədbirlər planı təsdiq olunacaq və il ərzində müxtəlif tədbirlər keçiriləcək”.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

