UNEC-də Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
12.12.2018 [09:55]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Sonra Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in rektoru, professor Ədalət Muradov qeyd edib ki, Ümummilli lider yalnız dahi siyasətçi yox, həm də müdrik iqtisadçı kimi yaddaşlarda qalıb. Rektor bildirib ki, sovet dövründə milli iqtisadiyyatın strukturunun formalaşdırılması, milli gəlirin bölüşdürülməsi zamanı Azərbaycanın maraqlarının əsas tutulması, ölkədə olduqca əhəmiyyətli sənaye müəssisələrinin yaradılması və fəaliyyətinin təmin edilməsi uğrunda apardığı mübarizə Heydər Əliyevin Azərbaycanın gələcəyini düşündüyünü göstərir.
Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev Azərbaycanın gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edən insan kapitalının formalaşdırılması məsələsinə böyük diqqət yetirib. Ümummilli liderin dəstəyi ilə həmin dövrlərdə təhsil almış minlərlə gənc indi də Azərbaycan naminə çalışır. Dahi şəxsiyyətin səyləri, Azərbaycanın gələcəyi üçün gördüyü işlər onu deməyə əsas verir ki, o, ölkəmizin müstəqilliyə qovuşacağına inanırdı.
Bildirilib ki, Ulu öndər Heydər Əliyev həm də dəyərli bir ailə başçısı olub. Onun siyasətini davam etdirən Prezident İlham Əliyevin ölkəmizin daha da inkişafı, rifahı və çiçəklənməsi üçün göstərdiyi səylər hər kəsi öz işinə daha böyük inamla yanaşmağa ruhlandırır.
Sonra dahi şəxsiyyətə həsr edilmiş videoçarx nümayiş olunub.
Tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi tarixi faktlarla” mövzusunda məruzə ilə çıxış edərək Ulu öndərin zəngin fəaliyyəti barədə məlumat verib. “SABAH” mərkəzinin tələbəsi Jalə Rzayeva qüdrətli Azərbaycan şairi Zəlimxan Yaqubun “Əsrin Heydər tarixi” poemasını səsləndirib.
“Heydər Əliyev - dünya şöhrətli siyasi lider” mövzusunda məruzə ilə çıxış edən siyasi elmlər namizədi Leyli Həmidova Ümummilli liderin təkcə postsovet məkanında deyil, həmçinin bütün dünyada tanınmış şəxsiyyət olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

