Kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirləri davam etdirilir
24.10.2019 [09:34]
Saxta yolla hazırlanmış müxtəlif yuyucu və təmizləyici vasitələr istehsal edən sexlər ifşa olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, kölgə iqtisadiyyatının aradan qaldırılmasına, bəzi sahibkarlıq subyektləri tərəfindən sui-istifadə hallarına münbit şərait yaradan ikili mühasibatlığın aparılması hallarına, eləcə də əhalinin sağlamlığının qorunmasının təmin olunması məqsədilə istehlak bazarında haqsız rəqabət, keyfiyyətsiz və saxta məhsulların qanunsuz dövriyyəsi kimi mənfi təzahürlərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatları, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən müvafiq məhkəmə qərarları əsasında Bakının və respublikanın digər şəhər və rayonlarında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində xarici ölkələrdən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə xammal və qablaşdırma paketləri gətirməklə qanunsuz fəaliyyət göstərən sexlərdə kustar üsulla pis keyfiyyətli kontrafakt tələbat məhsulları istehsal edib müxtəlif satış mərkəzlərinə paylanmasını həyata keçirən bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunub.
Belə ki, həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Ağcabədi rayonunun Salmanbəyli kənd sakini Qasımov Anar Yaqub oğluna məxsus yaşayış evində və Ağcabədi şəhərinin T.İsmayılov küçəsində yerləşən “Tac” marketdə İran İslam Respublikasında istehsal olunduğu qeyd edilən, üzərində “Sarda” sözü yazılmış 20 kiloqramlıq 630 ədəd, Türkiyə Respublikasında istehsal olunduğu qeyd edilən və üzərində “Gürcel” sözü yazılmış 20 kiloqramlıq 310 ədəd, üzərində “Dekso” sözü yazılmış 110 ədəd boş yuyucu toz kisəsi, 671 ədəd “Ariel” markalı müxtəlif tutumlu yuyucu tozlar, üzərində “Head & Shoulders” sözləri yazılmış 1773 ədəd saç şampunları və digər saxta məhsullar aşkarlanıb.
Bundan başqa, Ağcabədi rayon sakini Bünyadov Kamil Aydın oğluna məxsus “Mersedes Benz” markalı, 90-EU-925 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən üzərində “Ariel” sözləri yazılmış 562 kiloqram yuyucu tozu qablaşdırmaq üçün nəzərdə tutulan 19 büküm polietilen paketlər aşkarlanaraq götürülüb.
Həmçinin Bakı şəhəri Nərimanov rayonu Dərnəgül qəsəbəsi 2090-cı məhəllədə fərdi sahibkar Tarverdiyev Ağaverdi İbi oğluna məxsus sexə baxış keçirilərkən yuyucu vasitələrin etiket və qablaşdırma paketlərinin qanunsuz şəkildə istehsal olunduğu müəyyən edilib.
Etiket və qablaşdırma paketlərinin istehsalında istifadə olunan aparat, xeyli sayda yuyucu tozlar, etiketlər, “Domestos”, “Ariel”, “Calgon”, “Elidor”, “Fairy” firmalarına məxsus çoxlu sayda emblemlər aşkar edilərək götürülüb.
Bununla yanaşı, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin 26-cı korpusunda yerləşən Əliyev Ülvi Sarif oğluna məxsus 1 saylı mağazaya baxış keçirilərkən saxta yolla hazırlanmış müxtəlif yuyucu və təmizləyici vasitələr, qablaşdırma paketləri, etiketlər, ştrix kodlar, qablaşdırma paketlərinin yapışdırılması üçün nəzərdə tutulmuş xüsusi aparat aşkarlanaraq götürülüb. O cümlədən Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Novruzov Natiq Arif oğluna məxsus anbara baxış keçirilərkən üzərlərində müxtəlif markalara məxsus etiketlər yapışdırılmış 10 min 192 qutu kimyəvi-təmizləyici vasitələr, habelə 11 min 122 qutudan ibarət şampun vasitələri aşkar edilərək götürülüb.
Bundan başqa, Sumqayıt şəhəri Səməd Vurğun küçəsi 1A ünvanında yerləşən “Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilərkən üzərlərinə “Calgon”, “Comet”, “ACE”, “Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkarlanıb.
Keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və sənədlərin texniki ekspertizasının rəyi ilə qeyd edilən kimyəvi-təmizləyici maddələrin tərkibinə, keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlməməsi, ölçülərin, çəkilərin qablaşdırmaların üzərindəki qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməməsi müəyyən edilib.
Faktlarla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.1-ci (qanunsuz sahibkarlıq), 197.1-ci (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidad Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 192.2.1-ci, 197.2-ci, 206.3.1-ci və 206.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib və barələrində Binəqədi Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bununla yanaşı, Baş İdarə tərəfindən aparılmış istintaq zamanı fiziki şəxs Anar Qasımov, habelə onun təsisçisi olduğu “Uğur-Kimya” MMC, fiziki şəxslər Ülvi Əliyev, Mübariz Abdullayev, Ağaverdi Tarıverdiyev və Vidadi Əliyevin qara mühasibatlıqdan istifadə etmə yolu ilə xüsusi razılıq və ya lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşul olmalarına və bu hərəkətləri ilə vergidən yayınmalarına əsaslı şübhələr müəyyən edildiyindən vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması haqqında məhkəmə tərəfindən qəbul edilmiş qərarlar icraya yönəldilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına və sahibkarlara müraciət edərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
İstehlakçıların hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlərin görülməsi davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59

