Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “İrəli” İB “TətildəOxu” kampaniyasına və onlayn info-sessiyaya start verir

“İrəli” İB “TətildəOxu” kampaniyasına və onlayn info-sessiyaya start verir

16.03.2020 [17:00]

“İrəli” İctimai Birliyi COVID19 pandemiyasının sürətli şəkildə yayılması və təhsil müəssisələrinin fəaliyyətinin bir müddətlik dayandırılması, bayram tətilinin başlamasını nəzərə alaraq “TətildəOxu” kampaniyasına start verir.
Birliyin əsas məqsədi gənclər arasında mütaliəni artırmaq, asudə vaxtlarını səmərəli keçirməyə təşfiq etmək və kitab oxumağı vərdişə çevirməkdir.
Kampaniyaya qoşularkən tətil müddətində oxunulan kitabın adı, yazarı və mövzusu ilə bağlı məlumat verərək challange dostlara ötürülür. Bu həştəqlərdən istifadə edərək kampaniyaya dəstək ola bilərsiniz:#TətildəOxu #ireli2020 #Azerbaijan.
Qeyd edək ki, “İrəli” İB  hazırda gündəmdə olan və ölkə səviyyəsində sosial izoliyasiya tədbirlərinin nəticəsi olaraq bir çox tədbirlərin formatını dəyişərək  onlayn şəkildə davam etdirəcək. İlk onlayn info-sessiya “Sağlam Düşüncə” Gənclər Təşkilatının(SDGT)  Beynəlxalq əlaqələr üzrə koordinatoru və Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Rəsmi Məlumat Mərkəzinin Koordinatoru Ramiz Əliyev tərəfindən Erasmus+ və European Solidarity Corps-la bağlı olacaq və bu gün saat 19:00-da Birliyin Facebook səhifəsində canlı yayım baş tutacaq.

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30